SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Baron”un 75 yaşı oldu – Qocaman məmur haqda qısa arayış

"Baron”un 75 yaşı oldu – Qocaman məmur haqda qısa arayış

Tarix:

7-01-2020, 13:15

/ 1 399 dəfə oxundu.
"Baron”un 75 yaşı oldu – Qocaman məmur haqda qısa arayış

Bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin 75 yaşı tamam olur.
Yenisabah.az xəbər verir ki, Əhməd Əhmədzadə uzun müddət vəzifədə olan məmurlar kateqoriyasına aiddir. O, 26 ildir ki, eyni vəzifədədir. Bura Əhməd Əhmədzadənin müstəqillikdən əvvəlki karyerası daxil deyil.

Əhməd Əhmədzadə 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədridir.

Əhməd Əhmədzadənin rəhbərlik etdiyi müəssənin adı daha çox korrupsiya qalmaqallarında hallandırlır. Görünür, bu səbəbdəndir ki, ASC sədrinin özü də oliqarx məmur kimi tanınır. Bir neçə il əvvəl Əhməd Əhmədzadə ilə bağlı mediada tirajlanan araşdırma materialında Əhməd Əhmədzadənin “Baron” ləqəbi ilə tanındığı bildirilirdi. Qeyd edilirdi ki, bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirən Əhməd Əhmədzadə böyük bir klanın ağsaqqalına çevrilib.

Professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.

Əhməd Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC monstr qurumlar sırasına aiddir. ASC ümumilikdə 120 idarədən ibarətdir.

Əhməd Əhmədzadənin biznes imperiyasına gəlincə, burada daha çox oğlu Cuma Əhmədzadə önə çıxır.

"Advisors CO.", "Proyekt", "Muğal" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin Cüma Əhmədzadəyə məxsus olduğu bildirilir. İddialara görə, o, həm də otelllər zəncirinin sahibidir.

Əhməd Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. O, 2007-2009-cu illərdə Qax rayonuna rəhbərlik edib. Hazırda Qaxın icra başçısı olan Musa Şəkiliyevin Əhməd Əhmədzadə ilə qohum olduğu deyilir. Bəzi məlumatlara görə, o, Əhməd Əhmədzadənin xalası oğludur. Onun icra başçısı təyin olunmasında “Baron”un xüsusi rolu olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ