SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zakir Quliyev necə narazılıq yaradır... - QALMAQAL

Zakir Quliyev necə narazılıq yaradır... - QALMAQAL

Tarix:

8-03-2021, 13:01

/ 1 288 dəfə oxundu.
Zakir Quliyev necə narazılıq yaradır... - QALMAQAL

İmişli rayonunun Bədirəvan kənd sakinlərindən bir qrupu bu gün kəndin ərazisindəndən keçən magistral yolu bağlayıblar. Onlar Araz çayının sahilindəki qum-çınqıl yatağını qanunsuz istismar edən "AZE" MMC-nin fəaliyyətinə etiraz əlaməti olaraq bu addımı atıblar. Bu barədə "Təzadlar"a zəng edən kənd sakinləri- Ağaşov Salman İlyas oğlu, Aslanov Niyaməddin Niyaz oğlu, Nurullayeva Cəmilə Vaqif qızı və Nurullayev Əlikömək Məmiş oğlu məlumat veriblər. "...Dəfələrlə Ekologiya nazirliyinə zəng edib demişik ki, sahibi Meliorasiya Komitəsinin sədr müavini (Sabirabaddandır) Zakir Quliyev və Kamran Yəhyayev olan "AZE" MMC-nin onlarla iri tonnajlı yük maşınları kəndimizdən keçən Araz çayının sahilindəki qum-çınqıl yatağını qanunsuz istismar edirlər və normadan artıq yük götürüldüyündən kəndimizin asfalt yolunu darmadağın ediblər. Əslən Sabirabaddan olan Kamran Yəhyayev özünün qohumlarını burada işə cəlb edib, amma kəndimizdən bir nəfəri belə işə götürmür. Amma kəndin yollarını dağıtdırıb, çayın sahilinin bəndlərini təhlükəyə atıb, yay aylarında isə əkin sahələrimiz toz-torpağa batırılır, yollarəmız viran qoyulur. Günlük dövriyyəsi 60-70 min manat olan bu MMC-nin dövlətə vergi ödəməsi də yoxdur. Orada çalışan işçilər müqaviləsiz işlədilir. Bu gün bütün bu qanunsuz əməllərlə təbiətə vurulan ziyanın qarşısının alınması üçün magistral yolu kəsdik, yük avtomobillərini karxanaya buraxmadıq. Meliorasiya Komitəsinin sədr müavini ZAKİR BƏYBALA OĞLU QULİYEVƏ məxsus bu karxanada görülən qanunsuz əməllərin qarşısını almaqda bizə kömək edin. İri texnikaların, yük maşınlarının səs-küyündən evimizdə də otura bilmirik... Bir daha xahiş edirik, səsimizi Baş Prokuror Kamran Əliyevə çatdırın. Təbii sərvətlərin qanunsuz istismarına görə, Zakir Quliyevə və Kamran Yəhyayevə cinayət işi başlanılsın...".
Təəssüflər olsun, bütün bu işlərin baiskarı kimi qələmə verilən Zakir Quliyevə və Kamran Yəhyayevə etdiyimiz telefon zəngləri hələki cavabsızdır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə də əlaqə saxlamağa çalışırıq... Əlavə məlumat veriləcək. Reportyorlarımız isə sabah İmişliyə ezam olunaraq bu qalmaqallı məsələ barədə ətraflı məlumat verəcək. //tezadlar.az//
Zakir Quliyev necə narazılıq yaradır... - QALMAQAL



Şərhlər

XƏBƏR LENTİ