SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçay sakinləri başçıdan giley edir - VİDEO

Göyçay sakinləri başçıdan giley edir - VİDEO

Tarix:

11-01-2021, 10:29

/ 951 dəfə oxundu.
Göyçay sakinləri başçıdan giley edir - VİDEO

Göyçay rayonu Şəhadət kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Göyçay rayon icra hakimiyyti başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində kəndin içindən keçən kanalın üzərindəki körpü yararsız halda başdan sovdu tikildiyi üçün həyat və sağlamlığımız təhlükə qarşısındadır.Baxmayaraq ki, bu barədə icra başçısına şəxsən məlumat verilib, özü əraziyə baxış keçirib.Ancaq heç bir tədbir görmək istəmir.
Qeyd edək ki, kəndin içindən keçən kanalın üzərində sovet dönəmində inşa edilmiş körpünün təmirə ehtiyacı var idi.Bundan sui-istifadə edən Mehdi Səlimzadə sovet dönəmində inşa edilmiş körpünü sökdürüb 4000 manatlıq metal konstruksiyalarını satdırıb pul əldə etmişdir.Yeni körpünü isə beton boru qoyub üzərinə torpaq tökməkıə inşa edib işlərini bitmiş hesab etdilər.Hansı ki, körpünün ətrafına beton tökülüb bərkidilmılidir, üzərinə şebel və yol tikintisi materialları tökülüb istifadəyə verilməlidir.Mehdi Səlimzadə bunları nəzərə almadan inşa etdirdiyi körpü artıq qəzalı vəziyətə düşüb.Ətraf betonlanmadığı üçün körpünün üzərinə tökülmüş torpaq sağ və sol tərəfə axmağa başlayıb.Nəticədə də yük avtomobili ilə həmin körpüdən keçmək çox təhlükəlidir. Həttda bir neçə gün əvvəl yük maşını kanala aşırdı ki, insanların köməkliyi ilə qəzanın qarşısı alındı.
Həmçinin qeyd edək ki,
Şəhadət kəndinin əsas yolu asfalt olsada ancaq kənd arası yollarımız bərbad gündədir ki, buna görə çox əziyyət çəkirik.Parlament seçkiləri zamanı deputat Sabir Hacıyev Məzahir Əfəndiyev gəlib kəndarası yolların asfaltlanmasını təmin ediləcəyinə köməklik göstərəcəyinə söz versədə hələ əməl etməyib nədə ki, Şəhadət kəndinə indiyə qədər gəlməyib.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik şikayətimizi araşdırıb təhlükə mənbəyi olan körpünün inşa edilməsinə tapşırıq versin.Göyçay sakinlərini cana yığmış icra başçısı Mehdi Səlimzadənin barəsində qanunu tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ