XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...

"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...

"Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...
19-08-2020, 09:40

"Yardımlı rayonundan yazırıq... Yazıb bildiririk ki, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı Ayaz Əsgərov və Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mirzəyev Mahir Xanış oğlu DTX–nın bir neçə rayonda apardığı əməliyatlardan heç bir nəticə götürməmiş və Neftçala rayonunda aparılan əməliyatda İcra Başçısı İsmayıl Vəliyevə rüşvət verən Akif Teyubov hal-hazırda Mahir Mirzəyevin "sağ əli" kimi Yardımlıda meydan sulayır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə bildirilir.

Daha sonra müraciət müəllifləri yazırlar: "Belə ki, Mahir Mirzəyev Akif Teyyubovun adına "GÖY-GÖL" MMC müəsissəsi açaraq 2020-ci ildə Yardımlı rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsinin büdcəsinə ayrılmiş 120 min manat və 115 min manat məbləğlərdə vəsaiti "Göy-Göl" MMC-yə saxta tender adı altında ötürüb. Və Yardımlı rayonunda sadəcə 20 metr 4 daş üstündə aşmış hasar sökülüb, yenidən 4 daş qaldırılıb, aqlay vurulub... vəssalam...

Sadəcə, bu işlər görülüb, indi burdan sualımız Maliyyə Nazirliyinədir. Eyni zamanda Dövlət Təhlükəsizlik Komitəsinə müraciət edirik. 20 metr hasar üçün nə zamandan 120 min manat pul ayrılır? Büdcə pullarını dədə malı kimi mənimsəyən Mirzəyev-Teyyubov cütlüyü 115 min manat vəsaiti də Yardımlı rayonu Şiləvəngə kəndinə yol çəkmək adı ilə mənimsəyirlər.

Burada maraqlı odur ki, ilkin vəsait Yarımlı rayon mərkəzi üçün ayrılsa da, sonradan bunun səs-küyə nədən ola biləcəyini görən Mirzəyev-Teyyubov cütlüyü pulları kənd yoluna yönəldib. Bu nə dərəcədə düzgün və qanunidir?

Xahiş edirik, bütün bu faktlar araşdırılsın və buradan Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edirik: Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.