SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevirdə koronavirusu yayan qurumlar hansılardır?

Mingəçevirdə koronavirusu yayan qurumlar hansılardır?

Tarix:

3-07-2020, 10:33

/ 1 721 dəfə oxundu.
Mingəçevirdə koronavirusu yayan qurumlar hansılardır?

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Belə bir təhlükəli vəziyyətin yaranması və hər ötən gün bunun artmasının səbəbləri sullar doğurmaya bilməz.

Görəsən,sərt karantin rejiminin tətbiq olunduğu yeni şəhər və rayonlarda yoluxmanın sürətlə artması hansı amillərlə bağlıdır? Yerli icra hakimiyyətləri hansı boşluqlara yol verdilər? Niyə pandemiya və epidemiya əleyhinə rejimlərə,sosial izoliyasiya qaydalarına riayət edilmədi?

Kanal32.az olaraq bu sualların cavabını ilk növbədə Mingəçevir şəhərində axtradıq.Və sözün əsl mənasında ortaya dəhşətli nəticələrə səbəb ola biləcək faktlar çıxdı…

Epidemiya əleyhinə rejimi pozmaqda

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirləndirilirlər.

Cinayət Məcəlləsinə mart ayında əlavə olunmuş bu maddəyə görə, həmin əmələ yol verən şəxslər 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ