SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ADAU rektoru barədə İLGİNC İDDİA - Bu səbəbə görə karantini pozubmuş...

ADAU rektoru barədə İLGİNC İDDİA - Bu səbəbə görə karantini pozubmuş...

Tarix:

11-06-2020, 10:28

/ 1 360 dəfə oxundu.
ADAU rektoru barədə İLGİNC İDDİA - Bu səbəbə görə karantini pozubmuş...

Azərbaycanda yeganə Aqrar Təhsil ocağı missiyasına sahib olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərovun öz xanım köməkçisinə hər il dəbdəbəli "AD GÜNLƏRİ" keçirdiyi, bu lüzumsuz, təkəbbürlü və zərərli vərdişə şəxsən meydan açdığı faktı üzə çıxıb.
"Demokratik.Az" saytının əldə etdiyi özəl məlumata görə, son illərdə rektorun köməkçisi Rüfanə Əliyevaya təşkil olunmuş təmtəraqlı AD GÜNLƏRİ universitet kollektivi tərəfindən də birmənalı və xoş qarşılanmayıb.
Məlumata görə, təkcə ötən il "Gəncə-Əyləncə" mərkəzində 25 yaşını qeyd edən köməkçi yubileyinin keçirilməsinə 10 min manatdan artıq vəsait xərcləyib. Rektorun maddi dəstəyinə sığınan tədbirdə təkcə məşhur bir fotoqrafın - Anar İslamın iştirakına 1000 (biur min) manat pul ayrıldığı iddia olunur. O da bildirilir ki, rektor öz köməkçisinə düzənlədiyi məclislərdə adıçəkilənlə bahalı viski içərək və qeyri-adi rəqslər edərək qonaqları şənləndirə bilib.
Eləcə də, bu ilin martın 20-də Rüfanə Əliyevanın 26 illik AD GÜNÜ də özünün təmtərağı ilə yaddaqalan olub.
Köməkçinin ad günlərinə çağırılmayan və iştirak etməyən professor-müəllim heyəti düşünürlər ki, bu cür hallar universitetə rəhbərlik edən şəxsin və xanım köməkçisinin harınladığından, qeyri-təvazökar psixologiyadan ortaya çıxır. Ən önəmlisi, belə ad günləri ölkə başçısının illər öncə vəzifəli şəxslərə verdiyi net bir mesaja - "Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın..!"- tələbinə kölgə salır.
Əldə edə bildiyimiz şəkillərdən görünür ki, hər il universitetin tyutorları və rektorluq əməkdaşları köməkçinin bacısı ilə birlikdə AD GÜNÜ təbrikinə yığışıblar.
ADAU rektoru barədə İLGİNC İDDİA - Bu səbəbə görə karantini pozubmuş...


Şərhlər

XƏBƏR LENTİ