SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 45 ailənin torpaqlarını qanunsuz zəbt edən Mahir Quliyev - Video

45 ailənin torpaqlarını qanunsuz zəbt edən Mahir Quliyev - Video

Tarix:

30-04-2020, 18:46

/ 1 318 dəfə oxundu.
45 ailənin torpaqlarını qanunsuz zəbt edən Mahir Quliyev - Video

Tutulan icra başçısı ilə bağlı inanılmaz faktlar...
Dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılan, bu gün isə işdən çıxarılan Biləsuvarın icra başçısı Mahir Quliyevin törətdiyi əməllər barədə sensasion faktlar üzə çıxır.

Bu gün bir qrup Biləsuvar sakininin saytımıza göndərdiyi videomüraciətdə M.Quliyevin sakinlərin qanuni istifadəsində olan torpaqları zəbt etməsindən, bununla da 45 ailənin çarəsiz duruma düşməsndən bəhs edilir.

Şikayətdə qeyd edilir ki, o öz səlahiyyətlərindən istifadə edib sakinlərin torpaqlarını sürücüsünün və bir neçə traktorçunun adına sənədləşdirərək, həmin ərazilərdə əkin əkdirirmiş. Sakinlər icra başçısının işdən çıxarılmasını həmin torpaqların yenidən onlara qaytarılması üçün bir fürsət olduğunu bildirirlər və Prezident İlham Əliyevdən xahiş edirlər ki, bunun üçün lazımı göstərişi versin.

Qeyd edək ki, M.Quliyevin sakinlərin torpaqlarını qanunsuz, hədə-qorxu, güc yoluyla zəbt etməsi ilə bağlı "BakuPost" bir neçə dəfə məlumat yayıb. Hələ 2017-cu ildə icra başçısının 100 fermerin torpağını əllərindən alması barədə geniş məqalə yayımlaşıdıq. Məqalədə qeyd edilirdi ki, M.Quliyev bir müddət əvvəl prezident İlham Əliyevin istifadəsiz qalan torpaqların yararlı sahələrə çevrilməsi ilə bağlı sərəncamından sui-istifadə edərək, istifadədə olan torpaqları da vətəndaşlardan zorla alıb satır.

(Bakupost.az)

Şərhlər

XƏBƏR LENTİ