SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elbrus müəlimin seçki "biznesi - Yevlax təhsilində SEÇKİ QAZANCI...

Elbrus müəlimin seçki "biznesi - Yevlax təhsilində SEÇKİ QAZANCI...

Tarix:

4-02-2020, 10:00

/ 1 016 dəfə oxundu.
Elbrus müəlimin seçki "biznesi - Yevlax təhsilində SEÇKİ QAZANCI...

Xeyli müddət bundan öncə Yevlax və Mingəçevir şəhəri, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında yaradılmış Yevlax Regional Təhsil İdarəsində bu gün elə bir hoqqalara imza atılır ki, görüb eşidən hər kəs, az qalır ki, saatda 200 km saat sürətlə bu məmləkətdən baş götürüb qaçsın. Çünki, adı çəkilən bu qurumda səlahiyyət sahibi olan şəxslər, sanki bənzəri olmayan “xariqələr yaradırlar”. Belə ki, redaksiyaızı məlumatlandıran mənbə bildirir ki, “Sən demə Yevlax Regional Təhsil İdarəsində mühasib vəzifəsini daşıyan Elbrus müəllim, idarənin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan və bu gün məntəqə seçki komissiyalarında təmsil olunan şəxslərin aldıqları əmək haqlarına “qənim kəsilir”.

Yəni, o da hər kəsə bllidir ki, məntəqə seçki komissiyalarında təmsil olunanlar da, qanunun tələbi əsasında büdcədən ayrılmış vəsaitlərlə təmin olunurlar. Çatdırılan məlumatlara görə, mühasib vəzifəsini daşıyan Elbrus müəllim isə, komissiyada təmsil olunan müəllimlərin aldıqları qanuni əməkhaqlarına hansısa yollarla müdaxiə edib, hər kəsdən təqribən 100-150 manat məbləğində pul ələ keçirə bilir. O belə bir addımını onunla əsasılandırıb qeyd edir ki, “Onsuz da siz komissiya üzvü olduğunuza görə pul alacaqsınız” deməklə, çoxsaylı müəllimlərin qanunla qorunan hüquqlarını pozur. O halda sual oluna bilər ki, həmin pulun müəllimliyə görə verilən əməkhaqqına nə aidiyyatı var? Elə ki, adı çəkilən şəxsin “bic əməlləri” aşkara çıxır və çoxsaylı müəllimlərin narazılıqları “pik nöqtə”yə çatır, o halda məsələyə Yevlax Regional Təhsil İdarəsinin müdiri Elçin Həsənzadə qarışmalı olur. Belə bir müdaxilədən sonra, rəhbərliyin verdiyi tapşırığı nəzərə alan Elbrus müəllim, bütün narazılıqları bir həftə müddətinə qaydaya salacağını bildirir. Əslinə baxsan, belə bir addım birbaşa da olmasa, dolayısı yolla seçki prosesinə edilmiş müdaxilədir. Düşünürük ki, belə bir problemin ictimailəşdirilməsi, bu cür əməl sahibi olan Elbrus müəllimin əməllərinə hüquqi qiymət verməyə imkan verəcək. Bax, bu da bu!

Bu yöndə araşdırmamız davam edəcək. Mövzu diqqətimizdədir.
Nyus.Az

Şərhlər

XƏBƏR LENTİ