SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir - İTTİHAM

Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir - İTTİHAM

Tarix:

27-01-2020, 09:48

/ 959 dəfə oxundu.
Şəmkirin icra başçısı rayonda özbaşınalıq edir - İTTİHAM

Ölkə prezident İlham Əliyevin son vaxtlar keçirdiyi islahatlar və uğurlu kadr siyasətini hər bir vicdanlı Azərbaycan vətəndaşı alqışlayır. Yeni təyin olunmuş icra başçılarının əksəriyyəi qəbul günlərini ləğv ediblər. Beləliklə vətəndaşların rəğbətini qazanıblar. Vətəndaşlar ayın, həftənin, günün istənilən saatında onu narahat edən problemlərlə əlaqədar başçının qəbuluna gələ bilərlər.

Vətəndaşlara belə münasibət isə əsl xalqa xidmət etmək deməkdir. Onda həmin yerlərdən də şikayətlər az olacaqdır. Amma çox təəssüf ki, bir-neçə dəfə KİV-lər də qeyd olunub ki, Prezident Adminitrasiyasına daxil olan şikayətlərin sayına görə Şəmkir birinci yerdədir. 2014-cü il oktyabr ayının 8-də Alimpaşa Məmmədov Şəmkir rayonuna icra başçısı təyin olandan sonra, bu “birincilik” başlayıb. Şəmkir əhalisinin qara günləri də həmin tarixdən yaranıb.

Adı bir çox korrupsiya əməllərində hallanan Alimpaşa Məmmədovun da özbaşınalığı zaman ötdükcə artıb.

Dəyərli oxucular, Alimpaşa müəllimin bir-neçə özbaşınalıq faktını Sizin nəzərinizə çatdırıram.

“Atabank” Açıq Səhmdar Cəmiyyətindən 2015-ci ildə güzəştli qayda ilə uzun müddətə yəni on ilə götürülmüş kreditlərin hesabına iş yerləri, əmək fəaliyyətləri yoxdur. Milyonlarla pul vəsaiti mənimsənilmiş, israfçılıqla yox edilmişdir.

2015-ci ildə Şəmkir bələdiyyəsinin təsisçilyi ilə yaradılmış “Abad Şəmkir” Məhdud Məsuliyyətli Cəmiyyət “Natural” su zavodu tikintisi üçün “Atabank”dan 10 il müddətinə 700.000 (yeddi yüz min) manat pul götürmüş, istismar müddəti başa çatmış, şəhərin futbol meydançasından sökülən tikinti, materialları, şifer-dam örtükləri, dəmir armaturlar hesabına zavod ərsəyə gəlmiş 2 ay işlədikdən sonra işçilərin əmək haqqları ödənmədən su savodu bağlanmışdır. Bunun səbəblərindən biri pulun mənimsənilməsi üçün köhnə, işlənmiş su xətti avadanlıqlarının alınması olmuşdur. İşçilər bu gunədək əmək haqqlarını ala bilmədikləri üçün şikayətçidirlər.

Şəmkir bələdiyyəsinin təsisçiliyi ilə yaradılmış “Ceyrançöl-1” MMC 2015-ci ildə yenə 10 il müddətinə 4 milyon 502 min manat kredit götürmüşdür, dövlətə vaxtlı-vaxtında hesabat verməmiş, bu kulli miqdarda pulun əvəzinə Ceyrançölündə kələm, pomidor, brokkoli əkdirərək yüz min manatlarla zərər etmiş, sonra şəkər çuğunduru əkmiş həkimləri, müəllimləri, tibb işçilərini, uşaq bağçası tərbiyəçilərini və s. idarə təşkilatları pulsuz işlədərək onların zəhmətindən istifadə etmiş, krediti mənimsəmişlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Fonduna və Atabanka borclar ödənməmişdir, hesabatları verilməmişdir.

Şəmkir bələdiyyəsinin təsisçiliyi ilə yaradılmış daha bir “Morul-Tikinti” MMC-yə 2015-ci ildə 1 milyon 200 min manat kredit götürülmüş, bu gun də heç bir fəaliyyət, mənfəət yoxdur. Kölgəli iqtisadiyyatla məşğul olunmuşdur. Bu vəsaitlər bələdiyyənin məktubu ilə “Atabank”dan ayrılmışdır.

“Atabank”ın ağır vəziyyətə düçar olmasının səbəbkarlarından biri də göründüyü kimi Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov olmuşdur. Şəmkir bələdiyyəsindən başqa Şəmkir rayonunun Çənlibel bələdiyyəsi 70 baş maral almaq məqsədilə Çinarlı bələdiyyəsi əkin torpaqlarında qanunsuz tikinti işləri aparmışdır. Məsələn, “Şəmkir Səbət” bazarı, Sabirkənd bələdiyyəsi əkin torpaqlarında taxta şalban topdan satış bazarı və s. tikmişdir.

“Atabank”dan yüzmin manatlarla kredit götürmüş, onun 5 il müddəti keçməsinə baxmayaraq vaxtlı-vaxtında hesabatlarını verməmişlər, kreditin əsas borcundan qaytarılmamış, kredit vəsaiti mənimsənilmiş, bazarlar isə sahibkarlar və bələdiyyələrin daxili imkanları hesabına tikilmişdir, kölgə iqtisadiyyat hökm sürməkdədir.

Alimpaşa Məmmədovun gördükləri, həyata keçirdikləri haram yol ilə layihələndirilən işlər fayda, səmərə verməmişdir. Dövlət başçısı cənab İ.Əliyev təsadüfən deməmişdir ki, məmurlar xalqdan qorxmurlar, heç olmasa Allahdan qorxsunlar.

Bəhlul ORUCOĞLU,

Araşdırmaçı-jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan ədliyyə mayoru, şair-publisist

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.org//

Şərhlər

XƏBƏR LENTİ