Şəmkirin icra başçısının rüşvət tələbi əhalini təngə gətirib – İTTİHAM
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun adı yeni qalmaqalda hallanır.
Bu haqda bir qrup təhsil işçisi DİA.AZ-a məktub yazıb. Məktubda qeyd olunur ki, Şəmkir rayon təhsil işçiləri Alimpaşa Məmmədovun qanunsuz tələbləri ucbatından əziyyət çəkirlər. İddiaya görə Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov və rayon Təhsil Şöbəsinin müdiri məktəblərdən qanunsuz rüşvət tələb edirlər.
Sitat: “Hazırda məktəblərin koronavirusa görə tətilə buraxılmasından istifadə edilərək hər məktəb direktoru 1500-2000 manat Təhsil Şöbəsinə haqq verməlidir. Və bu rəqəm ümumidir. Yəni dərs ilinin sonuna qədər. Amma birbaşa olaraq təzə tapşırıq isə budur ki, dərs ili bərpa olunana kimi məktəblər 500 manat pul verməlidir. Qeyd edək ki, Şəmkir rayonunda 79 məktəb var. Alimpaşa Məmmədov icra başçısı kimi məktəblərə də çox müdaxilə edir. Yerli-yersiz yoxlamalar, tədbirlər müəllimlərlə bərabər şagirdləri də narahat edir”.
Alimpaşa Məmmədovla bağlı təxminən eyni məzmunlu şikayətlər zaman-zaman olub. Alimpaşa Məmmədov 2018-ci ilin ilk iş həftəsində rayondakı idarə və təşkilatların müdirlərinə xəbər yollamışdı. Onlardan rayonda görüləcək işlər və yeni il ərəfəsi keçirilən bayram tədbirinin xərclərinin qarşılanması üçün dəstək istəmişdi. Həmin günlərdə yayılan xəbərlərə görə Şəmkirdəki idarə və təşkilatların rəhbərlərindən 3-5 min manat arası pul tələb olunurdu.
Bu baxımdan Alimpaşa Məmmədovun təhsil işçilərindən “yığım” tələbi də inandırıcı görünür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...