XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Deputatlığa namizəd icra nümayəndəsindən şikayətləndi: "Cəsarətin var, çıx qarşıma..."

Deputatlığa namizəd icra nümayəndəsindən şikayətləndi: "Cəsarətin var, çıx qarşıma..."

Deputatlığa namizəd icra nümayəndəsindən şikayətləndi: "Cəsarətin var, çıx qarşıma..."
21-01-2020, 15:07

110 saylı Zaqatala seçki dairəsindən Parlament seçkilərində namizədliyini irəli sürən Nurlana Cəlil seçki prosesinə müdaxilə etdiyinə görə Zaqatala rayon İcra Hakimiyyəti rəhbərliyini tənqid edib.


Demokrat.az Nurlana Cəlilin bu barədə yazdığı fikirlərini oxuculara təqdim edir:


"Deyəsən Zaqatala İcra Hakimiyyəti yenə başa düşmək istəmir ki, qolçomaqların, əlaltıların və nökərlərin kirimiş durmalarına əmr verməlidir. Əgər icra nümayəndəsi vətəndaşa "siyahını gördüm, adın orda idi, niyə imza vermisən" iradı tutursa, "Vergi, sosialdan xəbərin var?" hədəsi gəlirsə, bu nəinki sadəcə seçki prosesi pozuntusu, həm də cinayət əməlidir.
Dünən icranın bir elçisi mənimlə görüşməyə çalışır, tərəfimdən rədd alır. Bu gün digəri vətəndaşı hədəyə keçir.

Siz siz olun, dərimi də soymaq istəsəniz sizinlə nə dialoq quracam, nə də hədələrinizdən qorxacam.

Buradan Kənd İcra Nümayəndəsi Şamil Xasməmmədova səslənirəm: Cəsarətin var, çıx qarşıma və de ki, Nurlana geri çəkil".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.