Bahalı avtomobil almaq istəyən icra başçısı deputatlığa namizədliyini irəli sürdü - Cavid Qurbanovu əvəzləyəcək
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ölkədə keçiriləcək növbədənkənar Parlament Seçkilərində iştirak edəcək.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına əsasən, A.Məmmədov 123 Saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl bu dairənin deputatı Cavid Qurbanov olub.
Xatırlatma: Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün “Mercedes Benz S350" model minik avtomobilinin alınması üçün tender elan etmişdi. Həmin avtomobilin yeni modelinin satış qiyməti 145 min dollardan (221 min manat) başlayır. Məsələ ictimailəşdikdən sonra icra hakimiyyəti bahalı avtomobil almaqdan imtina edərək, "Khazar Peugeot” alıb.
Unikal.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...