XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ramiz Tatarov ONUN KADRI İDİ... - Goranboyun icra başçısı da köhnə "qaydayla" işləyir

Ramiz Tatarov ONUN KADRI İDİ... - Goranboyun icra başçısı da köhnə "qaydayla" işləyir

Ramiz Tatarov ONUN KADRI İDİ... - Goranboyun icra başçısı da köhnə "qaydayla" işləyir
20-12-2019, 16:35

Dünən Ağstafa rayonunda yüksək post tutan icra başçısı və birinci müavini həbs edildi. Yayılan rəsmi videomateriallardan da görünür ki, rayonda korrupsiya faktları əsasən birinci müavinin təşkilatçılığı ilə həyata keçirilir. Həbs edilən Ramiz Tatarov uzun illər Ağstafa rayonunda yüksək vəzifədə çalışıb.

Gündəminfo.az xəbər verir ki, elə Tatarovla birlikdə işləyən Məhərrəm Quliyev hazırda Goranboy rayonunda icra başçısıdır.

Qeyd edək ki, Məhərrəm Quliyev Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin olunub və 8 il sonra Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilib.

Ağstafadakı mənbələrimiz bildirir ki, həbs edilən Ramiz Tatarov rayonda mənfi reputasiyaya sahib bir məmur olub və bir çox "bacarıqlarına" görə də icra başçılarının qara kassası, reketliyini edib. Mənbəmiz iddia edir ki, əgər Tatarovun əvvələr də büdcə təşkilatlarından, iş adamlarından, sahibkarlardan və bələdiyyələrdən icra başçısının adı ilə pul tələb etməsi faktları da araşdırıla bilər. İddialara əsasən bu zaman ortaya Ağstafada 8 il icra başçısı işləmiş və hazırda Goranboyda rəhbər vəzifədə çalışan Məhərrəm Quliyevlə bağlı da araşdırma aparıla bilər.

Məlumatlara əsasən Məhərrəm Quliyev də həbs edilən Nizaməddin Quliyev kimi eyni "texnologiya" ilə işləyir.

Onu da qeyd edək ki, Nizaməddin Quliyevin həbs edilməsi artıq "yeni təyin olunub deyə bir müddət toxunulmayacaq" ritorikasını da alt-üst edib. Artıq Məhərrəm Quliyevin Tatarovla 8 il hansı "əməkdaşlıqlar" etdiyinin araşdırılacağı şübhəsizdir. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.