SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » YOL VER QULİYEV… TATAROV GƏLİR..

YOL VER QULİYEV… TATAROV GƏLİR..

Tarix:

29-06-2018, 11:44

/ 1 607 dəfə oxundu.
YOL VER QULİYEV… TATAROV GƏLİR..

İl başlayandan Prezident öz vəzifə səlahiyyətlərini icra edə bilməyən icra başçılarından bir neçəsi ilə vidalaşdı. Sonuncu belə başçı Raqub Məmmədov idi. Ağdamdan sonra dəyişiklik Ağstafada gözlənilir.

Hazırda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev fəaliyyəti dövrü mətbuatda ən çox tənqid olunanlar sırasındadır.

Məlumat üçün bildirək ki, Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Lənkəran rayonunun «Avrora» sovxozunda aqronom, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləyib. Prezidentin 01 iyul 2011-ci il tarixli sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Daxil olan məlumata görə üzə vurmağa cürətləri çatmasa da, Ağstafa rayonunda əksər vəzifəli şəxslər Məhərrəm Quliyevin əlindən “qan ağlayır”. Səbəb sadə və üzücüdür: icra başçısı müxtəlif adlarla ayrılmış büdcə vəsaitini…, əvəzində isə nəzərdə tutulmuş işlər rayondakı biçarə vəzifə sahiblərinin üzərinə düşür. Onlar da seçim qarşısında qalmalı olurlar: ya icra başçısının tapşırığı yerinə yetirilməlidir, ya da vəzifələrinə “əlvida” deməlidir. Dəfərlərlə müxtəlif səviyyələrdə qeyd olunub ki, rayonlarda bir çox icra hakimiyyətinin başçıları həftənin bir, ötsə iki günü rayonda olub, qismən idarəetmə işləri ilə məşğul olur. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur.

Onun əvəzinə rayonu Məlik adlı qohumu və əmisioğlanları idarə edir.

Vətəndaşlar , həm də sahibkarlar bu özbaşınalıqdan cana doyublar.

Halbuki rayonda vətəndaşların. Xalqın etimadını qazanmış, icra başçısı postuna əsil namizəd olan məmur var. Bu icra başçısının müavini Ramiz Tatarovdur. Başçıdan fərqli olaraq Tatarovun adı heç bir korrupsiya qalmaqalında hallanmır. Əhali onun qəbulunda olarkən maksimum kömək etməyə çalışır. Əlbətdə səlahiyyət çox olarsa , idarəetmə ona tapşırılarsa Ağstafa az bir zamanda ağ günə çıxacaq.
Bundan əlavə YAP-ın önəmli simalareından olan Mübariz Qurbanlı ilə yaxınlığı da rayonun inkişafına təkan verəcək.
Bizə etibarlı mənbədən verilən məlumata görə Tatarovun namizədliyinə PA-da artıq baxılır. Məsələ yaxın günlərdə həllini tapmalıdır.

Ağstafa xalqı bu xəbəri səbirsizliklə gözləyir və gələcəyə ümidlə baxır.

Necə deyərlər, yol ver Quliyev… Tatarov gəlir..

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ