SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qarabağ qazisinin faciə ilə bitən həyatı... - Bacısı şikayətçidir

Qarabağ qazisinin faciə ilə bitən həyatı... - Bacısı şikayətçidir

Tarix:

6-12-2019, 09:54

/ 730 dəfə oxundu.
Qarabağ qazisinin faciə ilə bitən həyatı... - Bacısı şikayətçidir

Mingəçevir şəhər sakini İsmayılova Samirə Səxavət qızı Moderator.az-a ünvanladığı şikayət məktubunda bu il iyunun 26-da özünün yandıraraq intihar edən qardaşı, İsmaylov İmamverdi Səxavət oğlunun həkimlər tərəfindən ölümünün ört-basdır edildiyini yazır.

Müraciətdə deyilir:

“Sizə bildirmək istəyirəm ki, qardaşım İsmayılov İmamverdi 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. Bir oğul övladı atası olan qardaşım ölümcül halda olan övladını Mingəçevir şəhər xəstəxanasına apararaq ona köməklik göstərilməsini istəyirdi. Lakin həkim Elxan Cəfərov deyib ki, limit bitdiyi üçün baxa bilmərik və bundan sonra qardaşımı təhqir də edib. Bundan sonra qardaşım özünün feyzbuk səhifəsində həkimin bu münasibətinə görə status paylaşmışdı.

Həkim qardaşımı elə bir vəziyyətə çatdırdı ki, qardaşım övladının öldüyünü görərək və öz canına qıydı. Benzin tökərək özünü yandırdı və atam onu söndürməyə çalışarkən başından və qollarından yanıq xəsarətləri aldı. Mən də qışqırırdım ki, kömək edin, amma heç kim kömək etmirdi. Onu ağır vəziyyətdə Bakıya gətirmək istəsək də buna həkim Könül Ələkbərova imkan vermədi və qardaşım Mingəçevir xəstəxanasında dünyasını dəyişdi.

Bizə icra başçısı İlham İsmayılov, həkimlər Elxan Cəfərov və Könül Ələkbərova pul təklid etdi ki, susaq, amma biz pulları qəbul etmədik.

Bu günə kimi isə qardaşımın ölümünə səbəb olan bu şəxslər haqqında heç bir cəza tədbirləri görülmür.Qardaşım Qarabağ qazisidir, aprel döyüşlərində iştirak edib. Mən qardaşımın ölümünə səbəb olan bu şəxslərin cəzalandırılmasını istəyirəm. Xahiş edirəm bizə köməklik edəsiniz”.

Redaksiyadan: Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Qarabağ qazisinin faciə ilə bitən həyatı... - Bacısı şikayətçidir

Şərhlər

XƏBƏR LENTİ