SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə qovğa: Əhəd Abıyev də qardaşını Elmar Vəliyevlə barışdıra bilmir

Gəncədə qovğa: Əhəd Abıyev də qardaşını Elmar Vəliyevlə barışdıra bilmir

Tarix:

19-01-2017, 00:11

/ 5 124 dəfə oxundu.
Gəncədə qovğa: Əhəd Abıyev də qardaşını Elmar Vəliyevlə barışdıra bilmir

Gəncədə nüfuz savaşı alovlanıb. Şəhərin icra hakimi Elmar Vəliyevlə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi Zəfər Abıyevin qarşıdurması dərinləşib.

Məlumata görə, tərəflərin intriqası mətbuat səhifələrində baş xəbərə çevrilib. Hətta modern.az saytı da məsələyə geniş yer ayırıb və axşam saatlarında həmin material yayımdan çıxarılıb.

Amma bu skandal aparıcı elektron media orqanlarında günün manşetində yer alıb. Zəfər Abıyevin Daşkəsəndə icra başçısı olan qardaşı Əhəd Abıyevin də işə qarışması Elmar Vəliyevlə barışığa gətirib çıxarmayıb.

Zəfər Abıyevin bir müddət öncə - 2016-cı ildə Gəncəyə rəis təyin olunması bu bölgədəki rəsmi qurumlar arasında münasibətləri əməllicə korlayıb.

Daha doğrusu, Zəfər Abıyevin Gəncənin icra başçısı Elmar Vəliyevi heç cür həzm edə bilməməsi, tərəfləri gizli savaşın mərkəzində qərarlaşdırıb.

Bu arada, Zəfər Abıyev sıradan şəxs və təyinat deyil. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus, Moldova və Qazaxıstandakı nümayəndəsi, DİN Cinayət-Axtarış İdarəsində şöbə rəisi işləyib.

Eyni zamanda, Zəfər Abıyev xüsusi “xidmətlərinə” görə də hər zaman diqqət mərkəzində olub. Belə ki, son vəzifə təyinatına qədər o, DİN-in Qazaxıstan və Qırğızıstandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

İddialara görə, diplomatik vəzifəsindən uzaqlaşdırılmasının səbəbi, işində aşkar olunan ciddi nöqsanlar olub. Bu səbəbdən də Zəfər Abıyevin diplomatik fəaliyyətinə son qoyulub.

Gəncəyə təyinat alandan sonra icra başçısı Elmar Vəliyevə savaş açıb.

Hətta deyilənə görə, Elmar Vəliyevin Yaponiyada xüsusi sifarişlə yığdırdığı JEEP LEXUS-da, mühafizə və kortejlə gəzməsi Zəfər Abıyevin hiddətinə tuş gəlib.

Eyni zamanda, Elmar Vəliyevin Qərb bölgəsində xüsusi nüfuz sahibinə çevrilməsi də rəisin xoşuna getməyən haldır. Ə.Abıyevlə E.Vəliyevin münasibətlərinin yaxşı olduğu bildirilir. Amma bu səbəb də rəis qardaşının icra başçısı ilə münasibətlərini düzəltməyə kömək olmayıb.

Deyilənə görə, Zəfər Abıyevin Gəncəyə rəis təyin olunması Elmar Vəliyevi qəzəbləndirib. İddialara görə, qalmaqallı polis işçisi Zəfər Abıyevin yeni vəzifəyə təyinatı Gəncənin icra başçısının kurasiyasını ciddi təhlükə altına qoyub.

Bu təyinat Elmar Vəliyevin süzgəcindən keçməliymiş ki, münasibətlər prinsipial çərçivəni aşmasın. Amma Zəfər Abiyev həmin vəzifəyə gətirilərkən Elmar Vəliyevin razılığı alınmayıb.

Gələn bilgilərə görə, Əhəd Abıyev tez-tez Gəncədə olur, vaxtaşırı Elmar Vəliyevlə görüşür, amma rəis qardaşına yola gətirə bilmir. Eləcə də icra başçısı da bu məsələ ilə bağlı vasitəçilik etməməyi xahiş edib.

Şərhlər

XƏBƏR LENTİ