Masallı sakinləri Prezidentə müraciət etdi
Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova müraciət edib.
Azpost.info-ya göndərdikləri müraciətdə sakinlər Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə təşəkkür etməklə yanaşı ciddi bir problemin də həll edilməsi üçün kömək göstərməyi xahiş edirlər. “Cənab prezident, Bakı-Astara magistralı yenidən qurulandan sonra gediş-gəliş xeyli rahatlaşıb. Buna görə Sizə təşəkkür edirik. Amma hələ də bəzi problemlər qalmaqdadır. Biz yəqin bilirik ki, Sizin bundan xəbəriniz yoxdur. Məsələ burasındadır ki, Bakıdan Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri hələ də 200 kilometrlik rahat yoldan sonra mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək məcburiyyətindədirlər.
Səbəb odur ki, magistraldan Boradigah və 10-dan artıq kəndə gedən yol tamamilə dağılıb. Əvəzində əhali alternativ yollar olan Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.
Cənab prezident, Sizin bu günlərdə Saleh Məmmədova “dağılmış yollarla bağlı mənə həmən məlumat verin, aradan qaldıraq” göstərişiniz bizi daha da ümidləndirdi. Sizdən xahiş edirik, bizim yol problemimizlə bağlı operativ göstəriş verəsiniz.”
Sakinlər eyni zamanda Saleh Məmmədovdan da bu məsələni diqqətdə saxlamağı və problemlə bağlı Prezidenti məlumatlandırmağı xahiş ediblər.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...