SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gədəbəyin mərkəzi küçələri döyüş meydançasını xatırladır-ŞOK FAKTLAR

Gədəbəyin mərkəzi küçələri döyüş meydançasını xatırladır-ŞOK FAKTLAR

Tarix:

25-09-2019, 16:28

/ 953 dəfə oxundu.
Gədəbəyin mərkəzi küçələri döyüş meydançasını xatırladır-ŞOK FAKTLAR

Hər kəsə bəllidir ki, ölkəmizdə bələdiyyələrin torpaq sahələrinin satışı ilə məşğul olmaları, artıq neçə illərdir ki, dayandırılıb.

Buna baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov, bu gün də düşünüb daşındıqları addımlarını atmaqdadırlar. GundemXeber.Az saytının əldə etdiyi məlumatlara görə, rayonun bugünkü rəhbərliyi əksər addımlarını Şahbaz Bayramovun vasitəsilə atır. Yəni, hal-hazırda şəhərin Heydər Əliyev prospektində mərhum president Heydər Əliyevin adını daşıyan bulağın yaxınlığında üçmərtəbəli bina inşa olunur ki, bu da nəqliyyat vasitələrinin hərəkətinə birbaşa maneə olur. Bundan əlavə, inşası həyata keçirilən tikinti işləri mərkəzi yolun kənarlarında inşa olunduğundan, piyadaların gedib-gəldiyi səkilər də zəbt olunub. Belə bir səbəblər üzündən də, piyadalar avtomobillərin hərəkət etdiyi yollarla gedib-gəlmək məcburiyyətində qalırlar.

Rayonun Heydər Əliyev prospektindən əlavə, bu gün “Şırşır” şadlıq sarayının və “Laçın” ticarət mərkəzinin ön hissələrindəki səkilər də zəbt olunub. Bu obyektlərin qarşılarından da ötüb-keçən sakinlər, avtomobillərin hərəkət etdikləri yollarla gedib-gəlməyə məcbur olurlar. Fakt budur ki, rayonun Səməd Vurğun küçəsinin ayrı-ayrı hissələrində, bu gün 4 ədəd üçmərtəbəli obyekt inşa olunmaqdadır. Hətta bu küçədə tikilməkdə olan binalardan birinin beşinci mərtəbəsi tikilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, inşaası həyata keçirilən tikililərin heç birinin qanuni sənədi yoxdur. Faciə odur ki, aparılan tikinti işləri səbəbindən, hal-hazırda yollar bağlanıb, səkilər tamamilə ləğv olunub və yerli sakinlərin gediş-gəlişi məhdudlaşdırılıb. Hətta vəziyyət o həddə qədər gəlib çatıb ki, acınacaqlı vəziyyətin ağırlığına dözə bilməyən Gədəbəy rayon Qaz İstismarı sahəsinin rəhbərliyi, bir müddət bundan öncə Baş Prokurorluğa müraciət etmək məcburiyyətində qalır. Buna da əsas səbəb, aparılan tikinti işlərindən bəzilərinin mavi-qaz boru xətlərinin üst hissəsində inşa olunması olur. Məsələnin düşündürücü tərəfi o olur ki, Baş Prokurorluq ünvanlanmış müraciətin araşdırılması üçün, toplanmış iş materiallarını Gədəbəy rayon Prokurorluğuna göndərir. Gədəbəy rayon prokuroru Allahverdi Səfərov isə, tikinti işlərini aparan şəxslərə çağırış vərəqəsi göndərtdirib onları prokurorluğa dəvət etsə də, qarşı tərəf hansısa yollarla Prokuroru razı sala bilirlər.

GundemXeber.Az saytının əldə etdiyi başqa bir məlumatlara görə, şəhərin mərkəzi küçələrinin bəzi hissələri zəbt olunduğundan və gecə-gündüz tikinti işləri aparıldığından, hazırda rayonun mərkəzi əraziləri, sanki döyüş meydanını xatırladır. Rayon sakinləri iddia edirlər ki, inşaası həyata keçirilən tikinti işlərinə rəhbərlik edən şəxslər, hər tikintiyə rəy almaq üçün, nə az, nə də çox, düz 70-80 min manat “rüsum” ödəməli olurlar.

Düşündürücü hal odur ki, “Azərqaz”ın əməkdaşları dəfələrlə tikinti işlərinin dayandırılmasını tələb etsələr də, bir kimsə onları vecinə almır. Çünki, hər tikinti sahibinin icra başçısına məxsus “büdcə”yə təqribən 70-80 min həndəvərində “şirinlik ödədikləri” bildirilir. Yəni, bu gün Gədəbəydə yaşayan olaylar hər kəsdə belə bir fikirin formalaşmasına səbəb olub ki, hansısa şəxs hansı işi görmək istəyirsə və icra başçısına tələb olunan məbləği “ödəyə bilirsə”, deməli həmin şəxs istədiyi addımını ata bilər. Belə bir səbəblər üzündəndir ki, bu gün Gədəbəy şəhərinin mərkəzi hissələri, sanki döyüş meydanını xatırladır.

Faciəli halın varlığı odur ki, hazırda rayonda elə sakinlər var ki, onlarda tikinti işləri aparmaq üçün tələb olunan sənədləri olsa da, RİH-nin və Şahbaz Bayramovun rəhbərlik etdiyi qurumun əməkdaşları, həmin şəxslərə daşı daş üstünə qoymağa heç cür imkan vermirlər. Buna da əsas səbəb, həmin şəxslərin rüşvət vermək imkanlarının olmamasıdır. Araşdirmamiz davam edəcək.
Mövzu diqqətimizdədir.


Şərhlər

XƏBƏR LENTİ