Vüsal Novruzovun adamının “Bərdə hazırlıq kursu” mafiyası
Bərdədə hazırlıq kursu mafiyası şəbəkələşib. Bu biznesə qarşı çıxanlar cəzalandırılır, təzyiq edilir.
Cahan.info xəbər verir ki, onlardan biri Çələbilər kənd orta məktəbində şagirdlərə pulsuz xarici dillər tədris edən müəllim İbrahim Cəfərov olub.
Müəllim pulsuz tədris kursu keçdiyi üçün təzyiqlərə məruzqalıb. Bu fakt Bərdədə hazırlıq kursu bazarının kimlərin əlində olduğunu üzə çıxarıb.
Belə ki, “Bərdə” hazırlıq kursları rayonda inhisarçılıq yaradıb. Onlar şagirdləri dərslərdən yayındırır, öz kurslarına cəlb edirlər.
Əvəzində isə uşaqlara nə ödənişə görə qəbz verilir, nə də 7 saylı məktəbtə təşkili üçün təhsil şöbəsinə icarə pulu.
Beləliklə, həm vergi verməyərək xeyli vəsaiti dövlət büdcəsindən yayındırırlar, həm də məktəblərin binasını öz məqsədləri üçün istifadə edirlər.
Həmin kursun əməkdaşları məktəblərə gələrək kursun reklamını aparır və bu işdə də direktorlar köməkçi olurlar.
Hətta məcburi köçkün məktəblərində məcburi sınaq imtahanına bilet satırlar. Yenə də məktəbi icarəyə götürüb pullu sınaq imtahanı keçirirlər.
Həmin kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər.
Demək bu şagirdlər öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.
Cahan.info sosial şəbəkələrdə yayılmış məlumatlardan əldə edib ki, “Bərdə” hazırlıq kursunun başında icra hakimiyyətində işləyən, eləcə də “Jalə” şirələrinin yerli distrübutorunun rəhbəri dayanır.
Onun keçmiş gömrük generalı Vüsal Novruzovla yaxın olduğu deyilir. Rayonda hazırlıq kursu çetesi yaratmış, monopoliya qurmuş, “Bərdə” kurslarına gələn gəlirləri vergidən, uçotdan yayındırmış bu məmur icra başçısına arxalanıb.
Pullu hazırlıqların əlindən məktəbdə dərs deməyə bəzən otaq çatmır. Məsələn, Çələbi kənd məktəbinin psixoloqu yalnız “Bərdə” hazırlıq kursunun biletlərini satmaqla məşğuldur.
Akademik Z.Əliyeva adına məktəb-litseyə kənar şəxslər yaxınlaşıb “Bərdə” hazırlıq kursuna bilet alırlar. Bu işə psixoloq baxır məktəbdə. Deyir ki, mən valideynlərə yaxşılıq edirəm, biletləri gedib uzaqdan almırlar.
Əslində, Vergilər Nazirliyi bu kursla bağlı araşdırma aparmalıdır. Onlar dövlətdən böyük pullar gizlədirlər.
Həmin kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər.
Demək bu şagirdlər öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.
Bərdə rayon təhsil müəssisələrinin rəsmi feysbuk səhifələrində direktorlar “Bərdə” hazırlıq kursunda diplom əldə etmiş uşaqlarla forolarını çəkdirib yayırlar. Açıq şəkildə həmin kursu reklam edirlər.
Cahan.info yazır ki, “Bərdə hazırlıq kursu”ndan başqa heç kim bu işlə məşğul ola bilməz. Belə ki, “Nümunəvi Tədris Mərkəzi”, “Atom Hazırlıq Kursu”, “Zəka tədris mərkəzi” kimi kursların fəaliyyəti də məhz bu səbəbdən dayandırılıb.
“Gözü çıxan qardaşımdır” deyə bundan sonra heç kim bu işlə məşğul olmağa cəsarət eləmir. Bərdə İH-də və “Jalə” şirələri müəssisəsində kök atan, V.Novruzova yaxın bu məmur rayonda təhsil kursu monopoliyası yaradıb.
“Bərdə hazırlıq kursu”nu dövlət təhsil müəssisələrinin boynuna mindirib, dövlət resurslarından istifadəsinə imkan yaratmaqla növbəti qanunsuzluğa rəvac verilib.
Bir ili H.Əliyev adına 8 saylı məktəbin inzibati binasında, bir ili 7 saylı məktəbin inzibatı binasında fəaliyyət göstərən “Bərdə hazırlıq kursu” bir çox kursların halal ocaqlarının başından didərgin salıb.
Fəaliyyətini dayandırmaq, “Bərdə hazırlıq kursu”na belə fövqəlimtiyaz vermək qanuna zidd deyilmi? Dövlətin adına, prezidentin adına utanc gətirmirmi?
Cahan.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?