GORANBOY RAYONUNUN MALİYYƏ RƏİSİ BU QƏDƏR VARİDATI ALDIĞI 600-700 MANAT ƏMƏKHAQQI QARŞILIĞINDA NECƏ ƏLDƏ EDİB?ŞOK FAKTLAR
Bir sıra məmurların özbaşınalığı, qanundankənar hərəkətləri rayon sakinlərinin yaşayışlarını daha da ağırlaşdırır.
Aidiyyatı qurumlara müraciət edilsə də, heç bir tədbir görülmür. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən öz “qanunlarını” həyata keçirməklə məşğuldurlar.Goranboy rayon Maliyyə İdarəsində də bu cür vəziyyət yaşanır. İdarənin rəhbəri İltifat Sadıqovun digər məsul şəxsləriylə əlbir olaraq, büdcə vəsaitlərini necə mənimsədiyinə dair redaksiyamıza faktlar daxil olub. Söhbət İltifat Sadıqovun qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri, eyni zamanda Bakıda və rayonda sahib olduğu əmlaklar, şadlıq evi və s. barədədir. Eyni zamanda, hazırda rayonda aparılan abadlıq-quruculuq işlərində, 3 nömrəli Magistral Yol İdarəsi tərəfindən çəkilən rayon daxili yollara ayrılan vəsaitdə də İltifat Sadıqovun yaxşı “pay sahibi” olduğu bildirilir.Goranboyda maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək İltifat Sadıqovu varlandırıb. O, Goranboyda bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirir. Maliyyə İdarəsinin rəisi Goranboyu çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Konkret olaraq İltifat Sadıqovun Goranboy rayonunda, Bakı-Gəncə yolunun kənarında sahib olduğu “Buta Mebel salonu”, “Çinar” Şadlıq evi və restoranı, digər bir sıra obyektlər, habelə rayonun Həmənli kəndində qurduğu böyük heyvandarlıq fermer təsərrüfatını qeyd etmək olar. Onun sahib olduğu “Lexus” və “BMV” kimi bahalı avtomobillər və “22-222” kimi “zerkalni nömrələr” isə daşıdığı vəzifə ilə heç cür uyğun gəlmir. Onun varidatını günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə də uzlaşmır. Bu zaman sual olunur, bəs kiçik bir rayonun maliyyə rəisi bu qədər varidatı aldığı 600-700 manat əməkhaqqı qarşılığında necə əldə edib? Yəyqin ki, aidiyyəti qurumlardan əvvəl bu suala Maliyyə Nazirliyi aydınlıq gətirəcək!
Goranboy rayonunun Maliyyə rəisi və digər dövlət məmurları ilə bağlı araşdırmamız davam edir, qısa zamanda əhatəli yazılarımız olacaq.
Press-az.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...