SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto

Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto

Tarix:

14-06-2019, 17:18

/ 971 dəfə oxundu.
Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto

15 iyun Hacıqabul rayonunda Qurtuluş Günü münasibətilə tədbir və konsert proqramı keçirilib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanları və digər idarə müəssissə rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra tədbir rəsmi hissə ilə davam etdirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan xalqının düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsində gördüyünü bildirib və həmin dövrün çətinliklərindən danışıb.

Digər çıxış edənlər də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyulduğu və Azərbaycanın tarixində yeni mərhələnin başlandığını qeyd ediblər.

Sonra tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib. Konsertin sonunda atəşfəşanlıq təşkil edilib.
Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto
Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto
Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto
Hacıqabulda Qurtuluş Gününə tədbir həsr edildi - Foto

Şərhlər

XƏBƏR LENTİ