SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bazar müdiri Xaqani Əhmədov icra başçısına qarşı “səlib yürüşü“ başladıb - Narazılıq

Bazar müdiri Xaqani Əhmədov icra başçısına qarşı “səlib yürüşü“ başladıb - Narazılıq

Tarix:

4-06-2019, 13:12

/ 1 896 dəfə oxundu.
Bazar müdiri Xaqani Əhmədov icra başçısına qarşı “səlib yürüşü“ başladıb - Narazılıq

Son aylarda Beyləqan rayonunda iki sahibkar bazar müdiri - Xaqani Əhmədovla Vahid Abdullayev arasında yaranmış ərazi davasında icra başçısı Asif Ağayevin adı hallanır. Mətbuatda daha çox bazar müdiri Xaqani Əhmədovun və yaxınlarının adından rayon icra başçısı Asif Ağayevin "Beyləqanın yeni icra başçısı Heydər Əliyev parkını hissə-hissə satır" başlıqlı xəbərlər daha çox diqqət çəkir.

Rayon bazarının müdiri Xaqani Əhmədovun sahibkar Vahid Abdullayevlə olan probleminə icra başçısı Asif Ağayevi qatması isə sabiq başçı oğlunun qərzli olduğundan xəbər verir. Çünki Xaqani Əhmədov yaxşı bilir ki, sahibkar Vahid Abdullayevə verilən ərazi Asif Ağayevin dövründə deyil, onun sələfi Vaqif Abdullayevin vaxtında verilib və sənədləşdirilib. Beyləqan bazarının müdiri isə bütün bunları bilə-bilə, nədənsə hazırkı icra başçısına qarşı media vasitəsi ilə saxta şikayətçilər adı altına "səlib yürüşü"nə başlayıb.

Saytımıza məlumat verən rayon sakinləri bildirir ki, Xaqani Əhmədov Vahid Abdullayevin icra başçısı tərəfindən dəstəkləndiyini düşünürsə, yalnışlığa yol verir. Çünki Asif Ağayev indi Beyləqan şəhər və kəndlərinin quruculuğu, abadlaşdırılması kimi mühüm işlərlə məşğuldur: "Ataları Xasay Əhmədovun vaxtı ilə rayon icra başçısı statusundan sui-istifadə edərək Kolxoz bazarını su qiymətinə satın alan Əhmədovlar isə özlərinin qaranlıq işlərindən əl çəkmirlər. Media üzərindən icra başçısını şantaj edən Xaqani Əhmədov nədənsə səhmdarı olduğu Kolxoz bazarındakı ciddi problemləri görmür və yaxud görməməzlikdən gəlir. Bu gün Beyləqan şəhər mərkəzində fəaliyyət göstərən Kolxoz bazarında anti-sanitariyadan tutmuş, kiçik sahibkarların incildilməsi, yer haqqlarının baha olması və s. çoxlu sayda problemlər mövcuddur. Bazarda sadaladığımız bu problemlər illərdir həll olunmamış qalır və nədənsə Xaqani Əhmədov onları həll etmək istəyində deyil. Ən azından yerə asvalt döşətdirməklə qış aylarında yaranan biabırçı mənzərəni aradan qaldırmaq olar, amma Xaqani Əhmədov bunu belə etmək istəmir. Çünki hər zaman sakitliyi ilə seçilən beyləqanlılar Kolxoz bazarında baş verən ədalətsizliliyə hələ ki, səs çıxartmırlar. Bu amildən sui-istifadə edən bazar müdiri Xaqani Əhmədov aylıq arenda pulu adı ilə yığdığı "haqq"la böyük var dövlət sahibi olub. Biz heç Kolxoz bazar rəhbərliyinin dövlətə vergini necə ödəməsini, bazara aid olmayan ərazilərin qanunsuz zəbt edilərək hasara alınmasını demirik".

Mövzuya qayıdacağıq...

AzFakt.com
Bazar müdiri Xaqani Əhmədov icra başçısına qarşı “səlib yürüşü“ başladıb - Narazılıq
Bazar müdiri Xaqani Əhmədov icra başçısına qarşı “səlib yürüşü“ başladıb - Narazılıq
Bazar müdiri Xaqani Əhmədov icra başçısına qarşı “səlib yürüşü“ başladıb - Narazılıq

Şərhlər

XƏBƏR LENTİ