SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elmira Şükürovanın 65 yaşı tamam olub – Ceyhun Bayramov onu vəzifədə saxlayacaqmi?

Elmira Şükürovanın 65 yaşı tamam olub – Ceyhun Bayramov onu vəzifədə saxlayacaqmi?

Tarix:

29-05-2019, 12:56

/ 1 157 dəfə oxundu.
Elmira Şükürovanın 65 yaşı tamam olub – Ceyhun Bayramov onu vəzifədə saxlayacaqmi?

Elmira Şükürova neçə illərdi Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri vəzifəsini əvəz edir.

Son zamanlar sosial şəbəkələrda adı hallanan imkanlı və arxalı xanım məmurlardan biridə Elmira Şükürovadır. O, uzun illərdir ki, təhsil sahəsində işləyir.Əvvəllər Ağdam rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Elmira Şükürova sonradan Kəlbəcər rayon təhsilinə rəhbərlik etdir. Artıq bir neçə ildir ki, o, Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri vəzifəsini icra edir. Bu illər ərzində nə əldə olunub?
Bu gün demək olar ki, Kəlbəcər rayon Təhsil şöbəsinin xanım icraçısı Elmira Şükürova rəhbərlik etdiyi təhsil sistemində baş verən özbaşınalıqlara yalnız seyirçidir. Bildirilir ki, elə məktəblər var ki, Elmira Şükürova orda nə baş verdiyini yaxşı bilir, ancaq susur, görməzdən gəlir. Məktəb direktorları da Elmira Şükürovanın “qəlbi yumuşaqlığından” istifadə edərək öz bildiyin edir.
65 yaşa çatmışlar işdən çıxarılır?
Artıq dövlət qurumlarında 65 yaşlı işçilərin təqaüdə yola salınması prosesinə çoxdan start verilib.
Qanunla göstərilir ki, 65 yaşı tamam olan insanlar təqaüdə yola salınmalıdır. Amma bu müddəti uzatmaqda olar. Belə ki, xalqa yaxşı xidmət göstərən şəxslərin əmək müqaviləsinin vaxtı uzadıla bilər. Bəs görəsən, Elmira Şükürovanı hansı nailiyyətlərinə görə vəzifədə saxlayırlar?
Qeyd edim ki, bir ay bundan öncə xanım Şükürova artıq işdən azad edilməli olduğu halda hələdə işinin başındadır.
P.S. Bəzi məktəblərdə tədrisin səviyyəsi və keyfiyyəti aşağı, davamiyyət sıfıra yaxın, müəllim-şagird münasibətləri demək olar ki, yoxdur.
Mövzuya yenidən qayıdacağıq
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Realmedia.az

Şərhlər

XƏBƏR LENTİ