SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yardımlıdan prezidentə müraciət: “Bizi ölümlə hədələyirlər...”

Yardımlıdan prezidentə müraciət: “Bizi ölümlə hədələyirlər...”

Tarix:

5-03-2019, 13:21

/ 1 247 dəfə oxundu.
Yardımlıdan prezidentə müraciət: “Bizi ölümlə hədələyirlər...”

Ləzran kəndinin və Yardımlı rayonunun digər yaşayış məntəqələrinin bir qrup sakini (71 nəfər) Ləzran kəndinin təhlükəsizliyini təmin etmək və kənd sakini Bəhruz İsgəndərovun vəhşicəsinə qətlə yetirilməsində təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək xahişi ilə Azərbaycan prezidentinə və baş prokurora müraciət edib.

Müraciətdə deyilir ki, bu il fevralın 23-də 10-12 nəfərdən ibarət mütəşəkkil silahlı qrup Ləzran kədninə daxil olub, Bəhruz İsgəndərovu 9 yaşlı oğlu Həsrətin gözü qarşısında çoxsaylı bıçaq xəsarətləri yetirməklə, öldürüb, həmçinin, kənd sakinləri Pərviz və Tərlan İsgəndərovlar, İbrahim Mirzəyev də yaralanıb. Daha sonra cinayətkar qrupun iştirakçıları B.İsgəndərovun beş azyaşlı uşağı olan evinə hücum ediblər.

Hücum edənlər arasında Sumqayıt, Abşeron rayonunun Saray Qəsəbəsinin, Yardımlı rayonunun Şovud kəndinin sakinləri olub.

Müraciətdə qeyd edilir ki, hücum edənlərin heç biri saxlanılmayıb, baxmayaraq ki, onların adları hüquq-mühafizə orqanlarına məlumdur. Cinayətkar qrupun üzvləri Ləzran kəndinin sakinlərini qorxutmağa, ölümlə hədələməyə davam edirlər.

Müraciəti imzalayanlar prezidentdən və baş prokurordan bundan sonra kütləvi qurbanların qarşısını almaq naminə Ləzran və Şovud kəndləri arasında qarşıdurmalara yol verməmək üçün bu işi şəxsi nəzarəti altına götürməyi xahiş edir.

Yenisabah.az

Şərhlər

XƏBƏR LENTİ