SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad səhiyyəsi hər kəsi dəhşətə və riqqətə gətirir: baş həkimdən faktlar

Cəlilabad səhiyyəsi hər kəsi dəhşətə və riqqətə gətirir: baş həkimdən faktlar

Tarix:

21-01-2019, 23:14

/ 1 568 dəfə oxundu.
Cəlilabad səhiyyəsi hər kəsi dəhşətə və riqqətə gətirir: baş həkimdən faktlar

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevelə şərait yaradıb ki, qarşılıqlı alver prinsipləri işləyir.

Baş həkim İ.Əliyev xəstəxanada hökm sürən mənzərənin dəyişdirilməsinə cəhd göstərmir.

Mətbuat da bu səhiyyə ocağındakı problemləri zaman-zaman gündəmə gətirib. Amma baş həkim jurnalistləri təqsirkar çıxarıb, xəstəxanada əlini ağdan qaraya vurmayıb.

Məsələn, ötən il rayonun Söyüdlü kənd sakini Şahverənova Asudə Sabir qızı bildirmişdi ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının Oftalmologiya şöbəsindən TSEK-ə çıxarış alıb, ikinci dəfədir müraciət edir:

“Baş həkim İlham Əliyevə dəfələrlə müraciət etsəm də, o, məni qəbul etmir və hər dəfə get-gələ salır. Haqsız yerə incidilirəm.

Mənim gözlərimin zəifliyi sənədlərdə öz əksini tapıb, lakin baş həkim bütün bunları görməzlikdən gəlir. Mən bu haqsızlığa artıq dözə bilmirəm”.

Bunun nəticəsidir ki, bir tərəfdə pulsuz xəstələrə baxılmır, digər tərəfdə pulu olan xəstəni soğan qabığı kimi soyurlar, o yandan hərbi xidmət, pensiya ilə bağlı tibbi arayışlar bazarı açılıb, bu da azmış kimi, baş həkim tender şirkətlərinin əli ilə külli miqdarda vəsaitləri külə döndərib.

101.az yazmışdı ki, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Məmmədov Valeh Vədud oğluvətəndaşlarla kobud rəftar edir, tutduğu vəzifədən sui-istifadə edir.

Vətəndaş Əzizov Valeh demişdi ki, rəhmətə gedən atası Əminağa Əzizovun ölüm aktını imzalaması üçün Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, Baş həkim müavini Məmmədov Valeh Vədud oğluna müraciət edib. O isə cavabında "bu gün əhvalım yoxdur heç bir iş görməyə’’ deyərək vətəndaşı naümid geri qaytarmışdı.

BiG.AZ isə xəbər verir ki, xəstəxanada baş verənlər hər kəsi dəhşətə gətirir. Xəstəsi ölüm ayağında olan kişi xəstəxananın altını-üstünə çevirib. Həkim tapmayan kişi od püskürüb, jurnalistlərə xəbər verib və kömək istəyib.

Baş həkimin kobud cavabı, xəstəxanada ambulans olmamağı, xəstəyə biganəlik, həkim çatışmamazlığı xəstənin yaxınlarını gah göz yaşına boğub, gah da ki, əsəbiləşdirib.

Reportyor.info-nun araşdırmaları zamanı əvvəlcə məlum olub ki, Cəlilabad RMX-da tüğyan edən əsas rüşvətxorluq saxta əlillik dərəcələrinin təyin olunması ilə bağlıdır.

Baş həkim İ.Əliyevin öz “Tarif Şurası” var və qiymətləri istədiyi şəkildə müəyyənləşdirib. Guya bəhanə edir ki, aldığı pulların bir qismi nazirliklərə gedir.

Sakinlərin verdiyi xəbərə görə, baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir.

Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.

Hətta cəlilabadlı oxucularımız onların ad-soyadlarının siyahısını da yaxın günlərdə redaksiyamıza göndərəcəklər. Lakin ilk növbədə Sahil Babayevin nazirlikdən komissiya göndərərək Cəlilabad RMX-nı təftiş etdirməsinə ciddi zərurət var.

Çünki bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da “Kanal 24”-ə video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.

Rayon sakini Əliqismət Qasımov isə bolgetv-yə baş həkim İlham Əliyevin ondan pul istədiyini söyləmişdi. Şikayətçi əsəb xəstəliyindən əziyyə çəkir, Şorsulu və Lənkəran ruhi dispanserlərində yatıb. Ailəsinin on baxmağa imkanı daha çatmır.

Əliqismət əlindəki kağızları təqdim edib, pensiya düzəldilməsini istəyib, di gəl ki, baş həkim ruhi xəstədən rüşvət istəyib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ