SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tərtərdə icra başçısı ilə qazi fermerin torpaq davası pik həddə-VİDEO

Tərtərdə icra başçısı ilə qazi fermerin torpaq davası pik həddə-VİDEO

Tarix:

17-01-2019, 09:57

/ 1 827 dəfə oxundu.
Tərtərdə icra başçısı ilə qazi fermerin torpaq davası pik həddə-VİDEO

1-ci qrup Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlu:«Cənab Prezident, başçı Müstəqim Məmmədov Sizə şikayətimdən sonra mənə məxsus köşkü ekskovatorla dağıtdırır…»
«Təzadlar»ın dünənki buraxılışında Tərtər rayonunun Qaraağacı kənd İnzibati Ərazi dairəsinin Qaradağlı kəndində qeydiyyatda olan, 1-ci qrup Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlunun və Tərtərin N.Nərimanov küçəsi, ev-15, mənzil- 02 ünvanda qeydiyyatda olan Məmmədov Elçin Saleh oğlunun Prezident İlham Əliyevə, surəti Azərbaycan Respublikasının 1-ci vitse- prezidenti Mehriban xanım Əliyevaya, Baş prokuror Cənab Zakir Qaralova, Baş Nazir cənab Novruz Məmmədova, kənd təsərrüfatı naziri İnam Kərimova və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsi dərc olunmuşdur.
Qeyd edək ki, şikayətçilər Cənab Prezidentə müraciətlərində Tərtər rayon Şıxarx qəsəbəsində (hansı ki, 1-ci qrup Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlu həmin torpaq ərazisində gedən döyüşlərdə ağır yaralanıb, bir qolunu itirib) olan əkin üçün yararlı torpaq sahəsi götürərək, pambıq əkmək istəyiblər. Onlar bu istəklərini yazılı ərizə ilə Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədova çatdırıblar. Başçı Müstəqim Məmmədov onları qəbul edərək deyib ki, şöbə müdiri Fizuli Əliyevə tapşırıq verərəm, o sizi istədiyiniz torpaq sahəsi ilə təmin edər.
Başçı Müstəqim Məmmədov aparatın şöbə müdiri Fizuli Əliyevə tapşırıq verir, sonuncu Məmmədov Elçin Saleh oğlunu icra hakimiyyətinə çağırır, deyir ki, «Cənab başçı mənə tapşırıq verdi ki, 27000 (iyirmi yeddi min) manat pul al, Şıxarx qəsəbəsində olan boş torpaqdan 30 hektar torpaq sahəsini onlara icarəyə ver».
Şikayətçilərin sözlərinə görə, həmin pul tapılıb gətirilir, son anda isə həmin torpaq başqalarına yüksək məbləğlə icarəyə verilir və s.
«Təzadlar»ın əməkdaşları həmişə olduğu kimi, şikayətçilərin yazdıqlarının sübutunu tələb edərək onları redaksiyaya dəvət etmişdir. Ötən həftəsonu redaksiyamızda olan şikayətçilər yazdıqlarını təsdiqləyən maddi sübutları bizə təqdim etdilər, əlavə olaraq videomüsahibə verdilər.
Sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün həm Tərtər rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Əliyevlə, ardınca isə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla telefon əlaqəsi saxlanıldı, onların mövqeyi öyrənildi (yazıda təqdim olunub). İH başçısı söz verdi ki, şikayətçilərin problemlərini həll edəcək. Lakin bu gün məlum olub ki, başçının tapşırığı ilə şikayətçilərin ticarət köşkü buldozerlə sökülüb dağıdılır. «Cənab Prezidentə ünvanlı şikayətimiz qəzetdə dərc olunandan sonra icra başçısının tapşırığı ilə bizə qarşı cəza tədbiri görülür və bu gün buldozer göndərilib ki, köşkümüz dağıdılsın. Belə də özbaşınalıq olarmı? Cənab Prezident, başçı Müstəqim Məmmədov Sizə şikayətimizdən sonra bizə məxsus köşkü ekskovatorla dağıtdırır…», -deyir Məmmədov Elçin Saleh oğlu.
E.Məmmədov, həmçinin Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından onlara göndərilmiş cavab məktubunu da təkzib edir: «Bizə cavab verirlər ki, guya sövdələşdiyimiz və bizə verilməli olan torpaq sahəsi minalanmış ərazi olub, sərhədə yaxındır və s. Mən sizə həmin ərazinin fotoşəkillərini və videogörüntüsünü çəkib göndərirəm. Görün icra başçısı hansı qanunsuz və əsassız fəaliyyətlə məşğuldur. Həmin ərazini hazırda şumlayıblar, taxıl əkiblər və suvarırlar. Bu qədər yalan məlumat vermək kimə lazımdır?».
Məsələyə yenidən aydınlıq gətirilməsi üçün Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova zəng vurduq, lakin bu dəfə telefonu bağlı göstərdi. Onun da mövqeyini dərc etməyə və videoda göstərilən fakta münasibətini dərc etməyə hazırıq.
Bircə onu deyirik ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş son iclasında dəfələrlə vurğuladı ki, Azərbaycan prezidenti sahibkarların, iş adamlarının, fermerlərin… yannıdadır, onlara hər cürə kömək etməyə hazırdır, bu kömək müntəzəm surətdə edilir də. Bəs elə isə, Prezidentin bu tapşırığı niyə icra olunmur???
Mövzuya mütləq qayıdılacaq.

Şərhlər

XƏBƏR LENTİ