SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tarix yerinə idman dərsi keçirlər – DAŞKƏSƏNDƏ

Tarix yerinə idman dərsi keçirlər – DAŞKƏSƏNDƏ

Tarix:

10-03-2017, 13:07

/ 1 653 dəfə oxundu.
Tarix yerinə idman dərsi keçirlər – DAŞKƏSƏNDƏ

Elektron ünvanımıza olduqca maraqlı məlumat daxil olub. Daşkəsən rayon Qabaqtəpə kənd sakinləri yazır ki, Qabaqtəpə kənd orta məktəbində şagirdlərə tarix dərsinin yerinə fiziki tərbiyə, ya da rəsm dərsi tədris olunur.
Məktəbin sabiq direktoru Əli Cəfərov məktəbdə həm də tarix dərsi tədris edirmiş. Amma indi nə dərsə gəlir, nə də dərs deyir. Hərdən məktəbə gələn Əli Cəfərov saat 10-dan sonra sərnişin daşımaqla məşğul olur. Məktəb direktoru olduğu müddətdə bir neçə müəllimdən “ölü canlar” kimi istifadıə edərək onlarn əmək haqqı kartlarını özündə saxlayırmış.
Sonradan işin üstü açılıb və onu məktəbdən xaric ediblər. Amma tarix müəllimi kimi məktəbdə saxlayıblar. Lakin qəribəsi budur ki, indi də dərsə gəlmir və buna görə, nə direktor nə də müavinləri Ə.Cəfərova nəsə edə bilmir.
Yəqin ki, aidiyyatı qurumlar Əli Cəfərovu ya məktəbə gətirər, ya da onu çıxarıb orta məktəbə bir tarix müəllim göndərər.

Bizimxeber.az

Şərhlər

XƏBƏR LENTİ