SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsunun yeni icra başçısı kim olacaq? - İDDİA

Ağsunun yeni icra başçısı kim olacaq? - İDDİA

Tarix:

7-08-2018, 10:28

/ 2 232 dəfə oxundu.
Ağsunun yeni icra başçısı kim olacaq? - İDDİA

Hələ prezident seçkilərindən öncə bəlli idi ki, bir neçə rayon rəhbəri vəzifələrindən azad ediləcək və onların sırasında Ağsunun da adı çəkilməkdə idi. Qeyd edək ki, Səlim Müslümovun nazir postundan alınmasından sonra keçmiş nazirin dayısının karyerasını davam etdirməsi məsələsi daha da şübhəli duruma düşdü. İndi isə dəyişiklik zamanının yetişdiyi deyilir.
Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, Ağsuya rəhbərlik edən Ənvər Seyidəliyev yaxın günlərdə vəzifəsindən azad ediləcək. Qeyd edək ki, mənbəmiz maraqlı bir versiya da səsələndirib. Söhbət rayona bundan sonra kimin rəhbərlik etməsindən gedir. İddiaya görə, hazırda Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti postunu tutan Mikayıl İsmayılov Ağsuya başçı göndərilir.
Göründüyü kimi, əgər bu təyinat baş tutarsa, deməli "vurulan" təkcə Səlim Müslümovun dayısı olan Ənvər Seyidəliyev yox, həm də elə başçı kimi təsdiqlənəcək Mikayıl İsmayılov da olacaq. Hər halda, SOCAR kimi bir ünvanda mühüm post tutan İsmayılovun Ağsuya təyinatı karyera yüksəlişi hesab oluna bilməz. İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuş, 1983-1985-ci illərdə hərbi xidmət keçmiş, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirmiş və 1988-ci ildə həmin institutu bitirmişdir. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamış, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışmışdır. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dia.az

Şərhlər

XƏBƏR LENTİ