SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçala Rayon Maliyyə şöbəsinin müdiri rəsmən oliqarx imiş... - İTTİHAM

Neftçala Rayon Maliyyə şöbəsinin müdiri rəsmən oliqarx imiş... - İTTİHAM

Tarix:

25-06-2018, 09:56

/ 2 927 dəfə oxundu.
Neftçala Rayon Maliyyə şöbəsinin müdiri rəsmən oliqarx imiş... - İTTİHAM

Ölkə başçısı İlham Əliyev prezident seçkisindən sonra bir neçə böyük səlahiyyətlərə malik məmuru cəzalandırsa da, amma təəssüflər olsun ki, bu kiçik məmurlara dərs olmur. Yeni məmurlar vəzifəyə təyin olduqdan sonra xalqa xidmət etmək əvəzinə vəzifələrindən sui-istifadə edib kimlərinsə mülklərini necə ələ keçirib tez bir zamanda varlanmaqdan başqa bir şey düşünmürlər. Bu acgözlük də təbii ki, nə ölkə başçısının əmri ilə, nə də ölkənin inkişaf strategiyasında tənzimlənmir, yəni heç də normal hal deyil. Belə kiçik məmurlardan növbəti birini təqdim edirik. O, Neftçala Rayon Maliyyə şöbəsinin müdiri Rəşid Manafovdur. Rayonda dəyəri yüz minlərlə, hətta milyonlarla hesablanan mülkləri olan R.Manafov haqqında Azerbaycanrealligi.com xəbər portali olaraq kiçik araşdırma apardıq. Məlum oldu ki, o, rayonun mərkəzində məişət evi kimi fəaliyyət göstərən ikimərtəbəli nəhəng binanı - qiyməti 300 min manatlıq olan böyük bir obyekti cəmi 25-30 min manata ələ keçirib. Rəşid Manafov həmin obyektdə işləyən Fatma Abdullayeva və Etibar Çıraqov adlı işçilərlə birləşərək Neftçala Məişət Evinin dövlətin balansında olan pay səhminin əvvəlcə 31 faizini aldıqdan sonra obyektə tam sahib olmaq üçün Babayeva Zülfiyyə adlı bir xanımın adına olan digər 32 faiz pay səhmini də Babayeva Zülfiyyənin savadsızlığından istifadə edərək ələ keçirmişdir. Belə ki, R.Manafov həmin obyektdə işləyən Fatima Abdullayeva Etibar Çiraqov vasitəsi ilə ona Neftçala rayonunda dəyəri 18 min manata olan ev alıb. Daha sonra vəd verib ki, sənə hər ay 200 manat pul verəcək, həmçinin, hansı bir xeyir və ya şər işi olsa, yardımçı olacaq. Beləcə, şirinləşdirici vədlərlə onun səhmlərinin 32 faizini də dələduzluq yolu ilə vəzifəsindən sui-istfadə edərək almışdır. Zülfiyyə Babayevaya isə cəmi 2 il hər ay təxminən 200-150 manat miqdarında pul yardımı edilmişdir. Daha sonra Babayevanın qızının xeyir işi olanda Rəşid Manafovdan qızına cehiz əşiyaları almaq üçün yardım istəyən Zülfiyyə Babayeva ondan rədd cavabı alır. Z.Babayeva ona zəng edəndə telefonda Manafovun ona ünvanlanan təhqir və söyüşlərini eşidir, telefonun üzünə söndürülməsinin şahidi olur. Qeyd edək ki, Zülfiyyə Babayeva həmin məişət evinin əvvəlki müdiri olmuş Səxavət Babayev adlı şəxsin keçmiş həyat yoldaşı olmuşdur. Səxavət Babayevdən rəsmi boşandıqdan sonra məhkəmə qərarı ilə həmin mülk onlar arasında yarı bölünmüş və buna görə də səhmlərin 32 faizi Səxavət Babayevə, 32 faizi Zülfiyyə Babayevaya verilmişdir. Bu zaman rayonun maliyyə sədri də bundan maksumum istifadə etməyi bacarıb, dovlətin hərraca çıxartdığı 31 faiz səhmi alaraq daha sonra Zülfiyyə Babayevanı bildirdiyimiz şəkildə aldadaraq 32 faiz səhmi öz həyat yoldaşının adlna keçirib. Bununla da, Rəşid Manafovun həyat yoldaşı səhmlərin 63 faizinə sahib olub, həmin obyektin müdiri təyin olunub, daha sonra isə çarəsiz qalan Səxavət Babayev də ona məxsus olan 32 faiz səhimi də Rəşid Manafova satması haqqında təklif göndərib. Manafov da Səxavət bəyin səhmlərini su qiymətinə almağa nail olub. Beləcə bundan sonra həyat yoldaşı həmin obyektin bu dəfə 95 faizinin sahibi olub və sahibkar kimi fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı hüquqşunas Nazim Əhmədovla əlaqə saxladıq. N.Əhmədov artıq Zülfiyyə xanımla müqavilə bağladığını qeyd edərək bildirib ki, rayonun maliyyə sədrinin bu cür hərəkətlərinin kifayət qədər çox olması haqqında məlumatlıdır və artıq bu istiqamətdə araşdırma aparır: "Təbii ki, bunu 20 ildən artıqdır ki, vəzifədə olan maliyyə şöbəsinin müdiri Rəşid Manafov bunu tək edə bilməz, görünür bu işlərdə ona rayonun müxtəlif məmurları da yardım etmişlər. Rəşid Manafov vəzifəli şəxs olduğu üçün ona cinayət məcəlləsinin bir neçə ittihami elan olumalıdır. Buna görə də mən bu işin araşdırılması üçün gələn həftə baş prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcəyəm və daha sonra öz mübarizə hüquqi müstəviyə çıxarılacaq".

Zülffiyə Babayevanın keçmiş həyat yoldaşı Səxavət Babayev isə bildirir: "Əlacsız qaldığım üçün səhmlərim hərraca çıxarılmışdı və Rəşid Manafov dövlətin hərraca çıxartdığı səhmləri almişdi. Daha sonra da keçmiş həyat yoldaşım olmuş Zülfiyyə Babayevanın savadsizlığından istifadə edərək ona şirinləşdirici vədlər verib onun da səhlərini almışdır. Mən xəbər tutanda artıq gec idi, pulum olmadığı üçün məcbur olaraq mən də öz səhmlərimi ona cəmi 15 min manata satmalı oldum. S.Babayev bildirir ki, bu Rəşid Manafovun ilk işi deyil, o bu cür vəzifəsindən sui-istifadə edərək bir neçə vətəndaşı da aldatmışdır. Onun övladları 100 minlik maşınlar sürür, bir deyən yoxdur bu maşınları hansı pullarla almısan, neçə-neçə balıq vətəqələri var, Bildirim ki, həmin vətəqələrə və bir sıra restoranlara MTN-nin keçmiş generalı hal-hazırda həbsdə olan Akif Çovdarovla şərikdir. Bu sözləri deyərkən anlayıram ki, deyə bilərsiz ki, qərəzli danışır. Buna görə də, bütün araşdırmaçı jurnalistləri Neftçalaya dəvət edirəm. Gəlin, R.Manafovun insanları aldatdığı yollarla tanış olun və bu yolla qurduğu biznes imperiyasını öz gözlərinizlə görün".

Şərhlər

XƏBƏR LENTİ