SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə "terroru"nun ay yarımı: İstintaq gedir, Zaur Bəylərov "tikan üstə"

Bərdə "terroru"nun ay yarımı: İstintaq gedir, Zaur Bəylərov "tikan üstə"

Tarix:

31-01-2018, 09:20

/ 1 971 dəfə oxundu.
Bərdə "terroru"nun ay yarımı: İstintaq gedir, Zaur Bəylərov "tikan üstə"

Dekabrın 10-da Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun "Leksus" markalı avtomobillə törətdiyi ağır qəzada 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması faktı üzrə istintaq gedir...
Hadisədən ay yarım vaxt ötsə də, nə Z.Bəylərov məsuliyyətə cəlb olunub, nə də vəzifəsindən çıxarılıb.
RİH şöbə müdiri hər gün işə çıxır, tapşırıqlar verir, icra nümayəndələrinin qarşısında şəstlə gəzir.
Bərdə ictimaiyyəti bu ağır cinayətdən sonra onun həbs ediləcəyini gözləyirdi. İstintaq isə qəzanı törədən tərəfin sorğu-sual olunub araşdırılmasını dərindən təşkil etmir.
Azərbaycanda yüksək statuslu məmurlar və övladları qudurğan hərəkətləri ilə əlaqədar ağır şəkildə cəzalandırılırlar. Bərdədə şöbə müdirini isə həbs etmirlər.
Hərçənd ki, dekabrın 10-da baş verən ağır qəzada bir nəfərin ölümünə səbəb olduğu deyilən Z.Bəylərov istintaqda altında olmalı və məsuliyyətə cəlb edilməliydi.
O, camaat içində danışır ki, qəzada ölən taksi sürücüsü Elşad Quliyev narkoman olub. Hərgah, Z.Bəylərovun hadisə baş verən günü içkili olduğu haqda ciddi-cəhdlə, israrlı iddialar səslənməkdədir.
Mərhumun vəfatından sonra isə şöbə müdirinin qayınatası guya ölənin yaxınlarını ziyarətə getdiklərini bildiriblər.
Onlara isə E.Quliyevin qohumları guya söyləyiblər ki, onsuz da narkotik aludəçisi idi və hardasa can verəcəkdi, tale elə gətirib ki, sizinlə qəzaya düşüb. Bu cəfəng fikirlərə isə Bərdə əhalisi inanmır.
Əksinə, gələn məlumatlara görə, Z.Bəylərovun avtomobili ilə toqquşmada ölən E.Quliyevin yaxınları onun cəzalandırılmasını tələb edirlər.
Z.Bəylərovun işinin prezident masasına qoyulmaması üçün himayədarları ciddi canfəşanlıq ediblər.
Hətta qəzada əzilən “Leksus” markalı avtomobilini 31 min manata satdığı bildirilir. Z.Bəylərov maşının nömrəsini isə ayrıca 500 manata satıb.
Həmçinin, Bakıda evini satışa qoyduğu bildirilir. Belə ki, onun bu hadisənin ört-basdır edilməsi üçün 200 min manatdan keçməsi tələb olunur.
Yuxarı dairələrdəki imkanlarından istifadə edən və yüksək çinli məmurlara çıxan Z.Bəylərov qəza məsələsinin hər nə yolla olursa-olsun bağlanması, prezidentin diqqətinə xüsusi olaraq çatdırılmaması üçün əmlaklarını satmağa hazırdır.
Onsuz da qısa müddətdə Bərdədə yığacağı rüşvətlə və icra nümayəndələrindən alacağı “haqq”la itkilərini bərpa edəcəyini bilən Z.Bəylərov üçün 200 min xərcləmək çətin deyil.
Təki məsələ prezidentə çatmasın və hadisə böyüməsin. Əks təqdirdə, məmur özbaşınalığının daha bir müəllifi kimi Z.Bəylərov vəzifəsindən azad ediləcək.
Z.Bəylərovun qəza törətməsi və adam ölməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.
Bərdə ictimaiyyəti sual edir ki, general Novruzəli Orucovun oğlu Rüstəm avtobus şoferinə vurduğu bir silləyə görə bağışlanmadı.
Atası işdən qovuldu, özünə isə 6 il həbs cəzası verildi. Yəni, bu məmur balasının qudurğan hərəkətinə görə cəzası ağır oldu. Di gəl ki, həmin hadisədə ölüm-itim də yox idi.
Bərdə ictimaiyyəti sual edir ki, bir nəfərin öldüyü, birinin ölüm ayağında olduğu ağır qəzadan sonra Z.Bəylərov nə vəzifəsindən çıxarılıb, nə həbs edilib.
Bərdənin baş bəlası, illərdir ki barəsində fasiləsiz olaraq qalmaqallı xəbərlər yayılan, adı ən xoşagəlməz hadisələrdə hallanan, prezident İlham Əliyevin bütün sahələr üzrə tapşırıqlarına zidd fəaliyyət göstərən, əhalini, iş adamlarını narazı salan Z.Bəylərov əslində hadisənin ertəsi günü işdən qovulmalıydı.
Zaur Bəylərov prezidentin xəbərdarlıqlarını qulaqardı edərək, qudurğan həyat tərzi ilə həm hakimiyyəti, həm Bərdənin icra başçısını, həm də özünü ictimaiyyət qarşısında çox pis vəziyyətə saldı.
Z.Bəylərovun Bakıdan Bərdəyə gecə - gündüz müştəri daşıyan taksi sürücüsü Elşad Quliyevin yol qəzasında həyatına son qoyarkən özünün içkili və kefli olduğu bildirilir.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ