Bərdədə məmur 200 minlik maşınla içkili qəza törətdi: 1 ölü, 2 yaralı - Təfərrüat
Bərdə -Tərtər yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Tərtər rayonuna yaxın ərazidə baş verən hadisə zamanı bir nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Amma bu dəhşətli hadisə sıradan qəza deyil.
Bu saatlarda redaksiyamıza gələn məlumata görə, 90 ZG 909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşın 90 BH 893 nömrə nişanlı bir avtomobillə (markasını dəqiqləşdiririk) toqquşub.
Nəticədə 90 BH 893 nömrə nişanlı maşında olan şəxslərdən biri ölüb, iki nəfər ağır yaralanıb. Yaralananların Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
Bu dəqiqələrdə aldığımız xəbərə görə, qəzanı törədən 90 ZG 909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşının sürücüsü, Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin qalmaqallı müdiri, adı saysız-hesabsız qanunsuz işlərdə çəkilən Zaur Bəylərov olub.
Baxmayaraq ki, hadisə Tərtər rayonuna yaxın ərazidə baş verib, Z.Bəylərovun yaralıları öz işlədiyi rayonun xəstəxanasına çatdırmaqla məsələni ört-basdır etmək məqsədi güddüyü iddia edilir. Z.Bəylərovun hadisəni törədərkən içkili vəziyyətdə olduğu xəbər verilir.
Lakin bu saatlarda səfərbər olan şöbə müdiri qəzada ölən və yaralanan şəxslərin içkili vəziyyətdə olmasını təqdim etmək üçün dəridən-qabıqdan çıxdığı bildirilir.
Hadisə ilə bağlı Z.Bəylərovun (050 252 70 59) telefonuna etdiyimiz zənglərə cavab verilmədi. Görünür ki, şöbə müdirinin başı törətdiyi qəzanın reallığını gizlətməyə qarışıb.
İçkili vəziyyətdə avtomobil idarə edən, bir ailənin faciəsinə səbəb olan, daha iki nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsinin səbəbkarı olan şöbə müdiri indi bu cinayət işini bağlamağın yollarını axtarır.
Ayda cəmi 300 manat dövlət maaşı alan şöbə müdirinin 200 min manata yaxın qiyməti olan avtomobillə qəza törətməsi, içkili olması, insan ölümünə səbəb olması növbəti dəfə məmur özbaşınalığını ortaya qoyur.
İndi növbə əmisinin - Z.Bəylərovundur.
Z.Bəylərov qardaşı oğlundan geri qalmayaraq Yeni il qabağı bir ailədə matəmə səbəb oldu.
Dəfələrlə prezidentin etdiyi xəbərdarlıqlar, məmurlar və uşaqlarının törətdiyi qəzalar, öz qardaşı oğlunun başqasının həyatına son qoyması Z.Bəylərov üçün dərs olmadığı görsənir.
Yalnız onu da deyək ki, xəbər gecə saatlarında gəldiyi üçün təfərrüatını, ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirə bilmədik. Ətraflı yaxın saatlarda məlumat verəcəyik.
Palitika.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...