SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Bərdə terroru”nda ilginc müəmma: Zaur Bəylərov niyə evə buraxılıb? - Gizinlər...

“Bərdə terroru”nda ilginc müəmma: Zaur Bəylərov niyə evə buraxılıb? - Gizinlər...

Tarix:

13-12-2017, 09:48

/ 3 630 dəfə oxundu.
“Bərdə terroru”nda ilginc müəmma: Zaur Bəylərov niyə evə buraxılıb? - Gizinlər...

Dekabrın 10-da 1 nəfərin ölümü ilə nəticələnən yol qəzasından sağ çıxan Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun vəziyyəti kafidir
Bu barədə verilən məlumata görə, şöbə müdirinin vəziyyətinin yaxşı olduğu bildirilir. Z.Bəylərov ev şəraitində yüngül ambulator müalicə keçib.
Onun Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmədiyi və qəzadan sonra evinə getdiyi söylənir. Hadisə zamanı dünyasını dəyişən taksi sürücüsü Elşad Quliyevin ötən gün dəfn edildiyi xəbər verilir.
Z.Bəylərovun və yaxınlarının mərhumun yas mərasimində iştirak etməsi haqda müfəssəl bilgi verilmir. Yaralanan şəxslərin isə kimliyi açıqlanmır və vəziyyəti barədə xəbər yoxdur.
Son xəbərə görə, RİH məmuru baş vermiş hadisə ilə bağlı məsuliyyətdən yayınmaq üçün hamilərinə minnətçi düşüb. Onu qoruyan qüvvələrin məsələni ört-basdır etmək üçün dəridən-qabıqdan çıxdığı deyilir.
Ancaq Z.Bəylərovun himayəçiləri işdən çıxmasına imkan vermirdilər. Görünür ki, o da qardaşı Vidadi Bəylərov kimi vəzifəsi ilə vidalaşmalı olacaq.
Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov prezidentin xəbərdarlıqlarını qulaqardı edərək, qudurğan həyat tərzi ilə həm hakimiyyəti, həm Bərdənin icra başçısını, həm də özünü ictimaiyyət qarşısında çox pis vəziyyətə saldı.
Onun Tərtər - Yevlax yolunda törətdiyi ağır yol qəzası nəticəsində bir nəfərin ölümü, iki nəfərin ağır yaralanmasına səbəb olması məmur övladlarının “yol terroru”nu geridə qoydu.
Z.Bəylərovun Bakıdan Bərdəyə gecə - gündüz müştəri daşıyan taksi sürücüsü Elşad Quliyevin yol qəzasında həyatına son qoyarkən özünün içkili və kefli olduğu bildirilir.
Təbii ki, bu dəhşətli faciə məmur qudurğanlığının növbəti nəticəsidir. Və Z.Bəylərov geridə qalan saatlar ərzində törətdiyi ağır cinayəti ört-basdır etmək üçün ən müxtəlif vasitələrə əl atıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ