SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad Səhiyyəsi qanqrena verir ''nifrət lənət üsyan yetişdirir'' - VİDEO

Cəlilabad Səhiyyəsi qanqrena verir ''nifrət lənət üsyan yetişdirir'' - VİDEO

Tarix:

29-01-2018, 09:30

/ 1 981 dəfə oxundu.
Cəlilabad Səhiyyəsi qanqrena verir ''nifrət lənət üsyan yetişdirir'' - VİDEO

Cəlilabad Mərkəzi Xəstəxanasında anarxiya Baş həkim İlham Əliyev pulsuz müalicəni ləğv edib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatında və saytımızda dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur.Məlumatlarda xəstəxananın baş həkimi İlham Əliyevin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda bildirilir ki, Cəlilabadın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa RMX-nın baş həkimi İ.Əliyevin fəaliyyəti ilə bağlayırlar.
Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.
Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsində əhali arasında son bir neçə aydır kı, hədsiz narazılıqlar baş qaldırıb. Bunlara səbəb isə əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların və lazım olan şəkər analizi üçün çubuqların verilməməsi, yaxud pulla satılmsıdır. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta xəstəlik tarixləri açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Reportyor.org yazır ki, Respublika Prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdiyi bu vaxtda Cəlilabada baş həkimin bu qanunlara məhəl qoymaması kimin və nəyin qüdrəti olduğunu bilmirik.Bu gün ölkə başçısının verdiyi qanunları pozan rayon əhalisində narazılıq yaradan belə səhiyyə işçiləri cəzasız qalır.
Bir necə il öncə Azərbaycan mətbuatında misli görünməyən görüntülərdən sonra Cəlilabad Mərkəzi Xəstəxanasının baş həkiminin hələdə vəzifədə qalması Səhiyyə Nazirliyi tərəfindən cəza verilməməsi belə çıxır ki, baş həkimin başı elə qanqrena verib.
Lentə alınan görüntülər insanı dəhşətə gətirməyə bilməz.İşid bombaları altında qalan əyalətlərdə belə səhiyyə ocağında həkim tapmaq olur lakin,Cəlilabad Mərkəzi Xəstəxanasında bu cox qəliz məsələdir.Deməli burada hansısa kefiyyət və qulluqdan söhbət gedə bilməz.Həm foyedə, həm də bəzi kabinetlərdə gedən razborkaları da sezməmək də,mümkün deyil. "Mal və can bazarı” adlandırıla biləcək Cəlilabad Mərkəzi Rayon Xəstəxanas elə cəlilabadlıların öz dili ilə desək "İRAN BAZARI”nı xatırladır. Qətiyyən inanmaq olmaz ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.
Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Cəlilabad Rayon Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir. P.S. Mövzunu davam etdirəcəyik.Dəhşət dolu xəstəxananın hansı vəziyyətdə olduğunu göstərən video sujeti sizlərin ixtiyarına veririk.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Reportyor.org

Şərhlər

XƏBƏR LENTİ