SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Borsunluda susuzluqdan əziyyət çəkən fermerlər prezidentdən imdat diləyir

Borsunluda susuzluqdan əziyyət çəkən fermerlər prezidentdən imdat diləyir

Tarix:

17-01-2018, 11:59

/ 1 537 dəfə oxundu.
Borsunluda susuzluqdan əziyyət çəkən fermerlər prezidentdən imdat diləyir

Goranboy rayonu Borsunlu kəndindən olan fermerlərin susuzluqla bağlı şikayətini vermişdik. Bir neçə gün əvvəl dərc edilən “Goranboyda məmurlar yezidlik edir: əkin sahələri susuz qalıb-VİDEO+FOTO” sərlövhəli yazıda bildirilirdi ki, kənddə arpa və buğda əkilən hektarlarla torpaq sahəsi yerli məmurların özbaşınalığı ucbatından susuz qalıb. Belə ki, “Sudan İstifadə Edənlər Birliyi”nin sədri Xəlil İlyasov, raoyn Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov və rayon Sukanal İdarəsinin rəisi Gündüz Bağırov əlbir olaraq suyu məmurların rayondakı əkin ərazilərinə yönəldirlər.
Redaksiyamıza təkrar müraciət edən Borsunlu kənd sakinləri olan Qarabağ müharibəsi iştirakçıları Yusifov Xaliq, Əliyev Ələddin, Orucov Teymur, Bayramov İmamqulu, Allahverdiyev Vaqif və Qurbanov Məhəmməd adları çəkilən məmurların hərəkəti ilə bağlı bir neçə gün əvvəl rayon prokuroru Rauf Məmmədova ərizə ilə müraciət etdiklərini bildiriblər.
Ötən yazımızda da qeyd etdiyimiz kimi, Borsunlu kəndi iki mənbədən suvarma suyu ilə təmin olunur-Kürəkçaydan arx vasitəsilə, Qarabağ kanalından isə nasoslarla. Sakinlər bildiriblər ki, dərc edilən birinci yazıdan sonra Qarabağ kanalından nasoslar vasitəsilə su vurulub. Lakin bu da qısa müddəti əhatə edib. Kürəkçaydan arx vasitəsilə hələ də su verilmir. “Sudan İstifadə Edənlə Birliyi”nin sədri Xəlil İlyasov açıqlamasında mənbədə su olmadığını deyib. Lakin sakinlər iddia edirlər ki, mənbədə yetərincə su var.: “Sentyabrdan bəri ərazilərimizə su verilməyib. Dörd aydır Kürəkçayda su yoxdur? Bu boyda yalan olar. Biz indi Kürəkçaydan bizə verilməli olan, lakin başqa sahələrə ötürülən suyun videogörüntülərini də sizə çəkib göndərəcəyik. Qoy hamı görsün ki, bu üç şəxs Goranboyda necə dövlət siyasətinə, prezidentin təşəbbüslərinə qarşı çıxır, fermerə, sahibkara necə zülm edir, kənd təsərrüfatını necə məhv edirlər”.
Çox maraqlıdır ki, bütöv bir kəndin aylardan bəri apardığı mübarizəyə rayon rəhbərliyi heç bir reaksiya verməyib. Elə bu səbəbdən də kənd əhalisi məcbur olub üzlərini ölkə başçısına tutublar: “Cənab prezidentdən xahiş edirik ki, məsələyə bir əncam çəksin”.

AFN.az

Şərhlər

XƏBƏR LENTİ