XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Lerik rayon sakini od püsgürdü: " Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyəm"

Lerik rayon sakini od püsgürdü: " Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyəm"

Lerik rayon sakini od püsgürdü: " Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyəm"
16-02-2017, 23:27

“Məni vadar edirlər ki, Ermənistandan sığınacaq istəyim”. Bunu Lerik rayon sakini Eldəniz Quliyev saytımızın elektron ünvanına göndərdiyi müraciətdə bildirib. Vətəndaşın xahişini nəzərə alıb ölkə başçısına ünvanlanan müraciəti olduğu kimi ixtiyarınıza veririk:

Cənab prezident, Lerik RİH-nin başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşiyev əlbir olaraq mənim işlədiyim Bina Tikinti Şirkətinə təlimat göndərərək işdən azad edilməyimə nail oldular. Tam səmimi etiraf edirəm ki, adları hallandırdığm bu iki məmur quldurcasına bizim ailəyə 37-ci ilin represiyalarını həyata keçirirlər.

Bizim qanunu mülkiyətimizi zorla əlimizdən alıblar. Utanmadan ailəmizi blokadada saxlayırlar. Lerik RİH-nin başçısı Rövşən Bağırov və birinci müavini Cəlil Baxşiyev ailəmizi məcbur edirlər ki, ermənistandan sığınacaq istəyək. Cənab prezident, bu iki quldur məmur barəsində tədbir görəcəyinizə əminik. Əgər adları hallandırdığım məmurlar ailəmə qarşı represiyalara son qoymasalar Ermənistana keçəcəyik. R. Bağırov və C. Baxşiyev məni bu yola vadar edir.

Müraciətdə adı hallanan Lerik RİH-nin başçısı Rövşən Bağırov və birinci müavini Cəlil Baxşiyevin mövqeyini dərc etməyə hazırıq.

dosye.az

Lerik rayon sakini od püsgürdü: " Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyəm"
Lerik rayon sakini od püsgürdü: " Ermənistandan sığınacaq istəmək məcburiyyətindəyəm"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.