SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb

Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb

Tarix:

7-12-2017, 09:53

/ 1 927 dəfə oxundu.
Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb

İnkaredilməz faktdır ki,ölkə mediasında Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz hərəkətləri, qol qoyduğu əyintilər və korrupsiyaya şərait yaradan halları ifşa edən çeşidli informasiyalar var. Maraqlı, həm də təəccüblüdür ki, X. Rüstəmovanın imza atdığı qanunsuz hərəkətləri, (qeyri-qanuni müəllimləri işə götürməsindən və bir çox başqa neqativ hallardan tutmuş nə varsa) yuxarılarda susqunluqla qarşılanır. Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovada belə bir qənaət formalaşdırıb ki, çapıb-taladığı haram pullara görə sorulan hesablara cavab vermək üçün yeganə yol bir az da artığını qazanıb daha əvvəlki kimi yarısını deyil, tam həcmdə “yuxarılara” ötürməkdir. Şöbə müdirəsi vəzifəsinin icrasına başlayandan indiyədək onlarla şəxsi qanunsuz olaraq müəllim işinə götürməsi, onların maaş davasının aylardır sürməsi, bir çoxunu qeyri-qanuni işdən azad etməsi, direktorlara hədə-qorxu gələrək onlara öz şərtlərini qəbul etdirməsi, bütün bu özbaşına qərarların kökündə korrupsiya motivlərinin durması barədə yazdıqlarımızı Xuraman Rüstəmovanın yığıb topladığı nəhəng haram kapital, ölçüyəgəlməz var-dövlət, qurub-yaratdığı mülk-səltənət də təsdiqləyir.
Xatırlayırsınızsa ötən günlərdə yazmışdıq ki, X. Rüstəmova təkcə var-dövlət toplamaqla kifayətlənməmiş, oğullarına cəmiyyətdə layiq olmadıqları üstün mövqe və imtiyazlar qazandırmışdır. Və qazanmaqda davam edir.
Xəbərdarlıq etmişdik ki, X.Rüstəmovanın və qohumlarının, eləcə də onların reketçi əlaltılarının məcrasından çıxan əməlləri indi cilovlanmasa, sonra gec olacaq. Amma cilovlanmır.
Etibarlı mənbədən əldə etdiyi bilgilərdə qeyd olunur ki, bu günlərdə Beyləqan şəhər, 3 saylı məktəbində növbəti qanunsuzluqlar ortaya çıxıb.
Bu xüsusda verilən məlumata görə, Xuraman Rüstəmova bir vaxtlar direktoru olduğu məktəbi yenə də öz inhisarı altında saxlayır. Öz gəlini Lamiyə xanımı qanunsuz olaraq həmin məktəbə direktor əvəzi təyin etməsi buna əyanı sübutdur.
Təhsil şöbəsinin müdirəsinin cinayətləri haqda əsaslı faktlarla çox yazmışıq. Bütün bunlar hüquq mühafizəorqanları üçün yetərli deyilsə yeni faktları diqqətə çatdırırıq.

Diplomsuz Mələk kimdir?

Etibarlı mənbədən aldığımız məlumata görə, X. Rüstəmovanın bir neçə il bundan əvvəl işə götürdüyü Kəmalə İsayevanı ixtisası sinif müəlliməsi olsa da, o, işə düzələndən bu günə kimi humanitar fənnlər olan “həyat bilgisi”, “təsviri incəsənət” fənlərini tədris edir. Yalnız bu günlərdə məlum olub ki, X. Rüstəmova K. İsayevanın adına sinif açaraq, həmin sinifi idarə etməyi qanunsuz yolla işə qəbul etdiyi, məlumata görə hətta diplomu da olmayan Mələk “müəllimə”yə həvalə edib.
Bildirilir ki, korrupsiyaya şərait yaradan bu faktların üstü açıldığından, məktəbdə gərginlik yaranıb. Vəziyyətin nəzarətdən çıxmaması üçün X. Rüstəmova Kəmalə müəllimənin üstünə elçi göndərərək xahiş edib ki, 2-ci sinifə dərs desin, onları hazırki naqolay durumdan XİLAS etsin.

Pirdə nəzir-niyaz işinə baxanı məktəbdə “zavxoz” təyin ediblər

RealMedia.az-ın əldə etdiyi digər qanunsuzluqlar texniki işçilərlə bağlıdır. Bildirilir ki, Ramil Səfərovun adı məktəbin ştat cədvəlində ocaqçı (koçeqar) kimi gedir. Özü isə Beyləqanda Həzrəti Cərçiz Ziyarətgahında işləyir. Tezdən saat 08:00 –da işə gedir, axşam saatlarında isə evinə qayıdır.Ancaq məktəbdə adına əmək haqqı yazılaraq mənimsənilir. Mübariz adlı şəxsin də adı gündüz gözətçisi kimi ştat cədvəlində göstərilir, o da mərkəzi bazarda fəhlə işləyir. Xəlil adlı şəxsin adı işçi kimi göstərilsə də, o da bazarda ticarətlə məşğuldur. Bilgilərə görə, Xuraman Rüstəmova direktor işləyərkən öz ailə üzvlərini, qohum -əqrabalarının da adlarını məktəbin ştat cədvəlinə yazaraq “əlavə qazanc” əldə edib. Məsələn, götürək elə rəhmətlik həyat yoldaşı Əli Əliyevi. Məlumatlara görə, Xuraman Rüstəmova sağlığında ərinin adını məktəbdə işçi sıralarına yazaraq dövlətdən pul çırpışdırmağı bacarıb. Qeyd edək ki, bir ildən artıq olar, ya olmaz Xuraman Rüstəmovanın əri Əli Əliyev həqq dünyasına qovuşub. Ola bilsin hələ də mərhumun adına pul yazılır. Qardaşı Şahin Rüstəmov isə məktəbdə ocaqçı işləyir guya. Ancaq “zavxoz”luğu da o edir.

Anası xadimə imiş?

Daha bir maraqlı məlumat ondan ibarətdir ki, son illərə qədər X. Rüstəmova anası Əplir xanımı xidmətçi kimi “işlədib”.

Şəfəq məktəbində də vəziyyət uruscadır

Xuraman Rüstəmovanın qanunsuzluqlarını əks etdirən növbəti bir informasiyada ondan ibarətdir ki, Beyləqan təhsilində vəziyyət keçən ilkindən daha da gərgindir.
Mənbə bildirir ki, Beyləqan rayon Şəfəq kənd orta məktəbində savadlı, aili təhsilli müəllimlər ən aşağı dərs saatı ilə təmin edilir, müəllimlərin diaqnostik qiymətləndirmə prosedurasından keçməyən və kollec bitirən, diplomlarının legitimliyi belə şüphə doğuran müəllimlər yüksək dərs saatı ilə təmin edilirlər.
Əlbəttə ki, məktəblərdə dərs bölgüsü həm direktorun, həm də təhsil şöbəsinin müdirinin razılığı ilə bölünür.
Düzdü, məktəblərdə dərs bölgüsünü bir başa təhsil müdirləri özləri aparmasalar da, ancaq bölgü prosesində direktorlar təhsil müdiri ilə məsləhətləşib edirlər.

Mustafayeva Bulqeys –Beyləqan Məişət Texniki Kolleci-4-cü sinifin sinif rəhbəri, qurup rəhbəri 27 saat dərs yükü
Xanlarova Leyla- Beyləqan Məişət Texniki Kolleci-1-ci sinifin sinif rəhbəri 14 saat
Şükürova Zülfarə (diplomu da saxtadır,özü də baxça müəlliməsidir) 1-ci sinifin sinif rəhbəri 14 saat
Xanlarova Zümrüd – Beyləqan Məişət Texniki Kolleci 10 saat, yığma
Qarayeva Könül- Beyləqan Məişət Texniki Kolleci 2-ci sinifin sinif rəhbəri 15 saat dərs yükü
Mövhumatçıl təhsil gözəlçəsi
Xuraman Rüstəmovanın yaxın ətrafından redaksiyamıza sızan ilginc məlumatlardan biri də xanım şöbə müdirinin mövhumata inanması ilə əlaqədardır. Sən demə, o, indiyə qədər törətdiyi qanunsuz əməllərə görə “məşhər ayağına” çəkilməməsi üçün ənənəvi üsullardan əlavə “alternativ” varianta da əl atıbmış. Dolaşan söz-söhbətlərə görə, təhsil müdiri soraqlaşıb Masallı rayonunun Sıxırlı kəndindən özünə cadugər tapıb və tez-tez onun yanına gedərək özünə “gülləbatmaz duası” yazdırıb, bu yolla da həm icra başçısını, həm də təhsil nazirinin “dilini-ağzını bağlatdırıb”.

Görün təhsilimiz kimlərə etibar edilib – Peyğəmbərin ziyarətgahına “xidmət” edə-edə haram pula əl qoyanlara, caduya-pitiyə inananlara…

P.S. Təəssüf doğurucudur ki, redaksiyamız aşkarladığı faktları- X. Rüstəmovanın qanunsuz işə götürdüyü müəllimlərin adlı siyahısını aidiyyəti qurumlara və səlahiyyətli şəxslərə ünvanlasa da, aidiyyəti qurumlar da öz növbəsində həmin məlumatları araşdırmaq üçün “aidiyyəti üzrə” Beyləqan rayon İcra Hakimiyyətinə göndərir. Halbuki, həmin məlumatların bir daha araşdırılmasına deyil, təkzibedilməz olduqları üçün məhz müvafiq tədbirlər görülməsinə ehtiyac vardı. Heç şübhəsiz, RİH-də həmin məsələləri çözməyə deyil, ört-basdır edilməsinə çalışırlar.

RealMedia.az
Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb
Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb
Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb
Möhumatçı təhsil müdiri icra başçısının dil -ağzını cadugərə necə bağlatdırıb

Şərhlər

XƏBƏR LENTİ