SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanın icra başçısı Bayraq Günü konsertində rəzalətə imza atdı - Fotolar

Beyləqanın icra başçısı Bayraq Günü konsertində rəzalətə imza atdı - Fotolar

Tarix:

14-11-2017, 09:53

/ 944 dəfə oxundu.
Beyləqanın icra başçısı Bayraq Günü konsertində rəzalətə imza atdı - Fotolar

Beyləqanın icra başçısı Vaqif Abdullayev hər dəfə bir rəzalətlə gündəmə gəlməyə vərdiş edib
Verilən xəbərdə V.Abdullayevin Bayraq Günü yeni rüsvayçılığa əl atdığı bildirilib.
Beyləqan rayonunda təşkil olunmuş Bayraq Günü konsertinə gələnlər olmadığı ücün yağışlı havada təxminən 300 nəfər ibtidai sinif şagirdlərini zorla stadiona gətiriblər.
Bununla da yetərsay əldə edə bilmədikləri üçün çıxış yolunu hərbçiləri dəvət etməkdə görüblər.
Yerli icra hakimiyyət nümayəndələri tez bir vaxda təxminən 500 nəfər hərbçi zorla Beyləqan şəhər stdionuna gətirməklə stadionu doldurublar və süni qələbəlik yaradıblar.
Bayraq Günü hər bir vətəndaşın qəlbində əhəmiyyətli tarixdir. Respublikanın dörd bir yanında bu təqvim qeyd olunur.
Eləcə də beyləqanlılar da Bayraq Gününü müxtəlif tədbirlərlə qeyd ediblər. Məktəblərdə, kolleclərdə, idarə və müəssisələrin zallarında tədbir təşkil olunub.
Ancaq hava şəraitinə görə açıq havada bayram konsertinə gedən olmayıb. Rayonun icra başçısı isə biabır olmamaq üçün uşaqları və hərbçiləri zorla yağışın altına toplayıb.
Verilən xəbərə görə, onun bu addımı rayonda ciddi narazılıq yaradıb.
Məktəblilər yağış altında konsertə baxmağa məcbur edildiyi üçün aralarında xəstələnənlər olub. V.Abdullayevi isə onların səhhəti narahat etmir.
Əsas odur ki, Bayraq Günü stadiondakı konsertdə izdiham olsun. Məmurların insanların hüquqlarını pozaraq öz istəklərini yerinə yetirməsi böyük narazılıq nüvəsi yetişdirir.
V.Abdullayev də ən çox şikayət gələn icra başçılarından biri kimi ön cərgədə dayanır. Mətbuat onun haqqında hər həftə yeni xəbər eşidir.
Dekabrın 15-də işinə baxılacaq başçılardan biri də Beyləqanın rəhbəridir. Onun adı indiyə qədər ən müxtəlif qalmaqallarda hallanıb.
Media sərhasər icra hakiminin əməllərindən yazır. Sonuncu dəfə kanalizasiya xəttinin üstün satması və 300 minlik tualet tikdirməsi ilə gündəmə gəlmiş V.Abdullayevin reputasiyası tamamilə sıfıra enib.
Nəhayət, onun qardaşı oğlanlarından birinin həbs olunması, digərlərinin işi üzrə istintaq getməsi rayon rəhbərinin karyerasını bitirib. V.Abdullayevin istefaya göndəriləcəyi gözlənilir.
O, 2012-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edir. Amma onun başçı təyin edilməsindən sonra Beyləqanda problemlər nəinki azalıb, hətta əhalini narahat edən daha ciddi problemlər meydana gəlib.
Həm mərkəzdə, həm də kəndlərdə yollar istifadəyə yararsız hala düşüb. Yol tikintisinə görə büdcədən vəsait ayrılsa da, heç bir iş görülmür. Məsələn, Əmirzayidli kəndinə gedib gəlmək müşkülə çevrilib.
Sakinlər 20 dəqiqəlik yolu 4 saata gedirlər. Qış aylarında əhali ikiqat zülm yaşayır. Xəstələri rayon mərkəzinə çatdırmaq olmur.
Beyləqanın mərkəzi yolları da tamamilə bərbad haldadır. Kənd yolları ilə eyni səviyyədədir. Yolların təmiri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət olunub.

Palitika.Az
Beyləqanın icra başçısı Bayraq Günü konsertində rəzalətə imza atdı - Fotolar
Beyləqanın icra başçısı Bayraq Günü konsertində rəzalətə imza atdı - Fotolar
Beyləqanın icra başçısı Bayraq Günü konsertində rəzalətə imza atdı - Fotolar

Şərhlər

XƏBƏR LENTİ