SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bu icra başçısı həbs oluna bilər - Faktlar belə deyir...

Bu icra başçısı həbs oluna bilər - Faktlar belə deyir...

Tarix:

13-02-2017, 20:23

/ 2 596 dəfə oxundu.
Bu icra başçısı həbs oluna bilər - Faktlar belə deyir...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki çeteyə bulaşmış ayrı-ayrı məmurların əməlləri üzə çıxır. Onların arasında komitə sədrləri, nazir müavinləri, icra hakimləri, bələdiyyə sədrlərina rast gəlinir. Kimisi MTN-dəki bandanın qurbanı olur, kimisi onun təlimatlarına boyun əyir, kimisi tamahkarlıq edir, kimisi də işbirliyinə gedirmiş. Nəticə etibarı ilə Eldar Mahmudov - Akif Çovdarov tandemi məmurları öz çirkin işlərinə alət ediblər.

Başçı ilə generalın “RAF-2006” işi

Araşdırma nəticəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin MTN qruplaşması ilə əlaqələri üzə çıxıb. Ötən məqaləmizdə Xəzər RİH haqda sensasion bilgilər yer almışdı. Bu araşdırmaların davamı olaraq Kürdəmirin izinə düşmüşük. Ordan başlayaq ki, həbsdə olan MTN generalı Akif Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC barəsində yeni məlumatlar var. Media üzərindən yayılan xəbərlərə görə, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da əməlləri faş olub. Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib. Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da bu işlərdə xüsusi canfəşanlıq nümayiş etdirdiyi ortaya çıxıb. O zaman balıçılıq təsərrüfatı başçının adına çıxarılıb. Lakin Çovdarova aid olduğu aydınlaşıb. Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib.
Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin bilavasitə funksional fəaliyyəti demək olar ki, tamamilə dondurulub.

Çovdarovun balıqçılığı...

Kollektorların lildən təmizlənməsi işi başlı-başına buraxılıb, qurğuların həddən artıq lillənməsi isə ətraf ərazilərdə böyük fəsadlara səbəb olub. Əhaliyə məxsus məhsuldar torpaq sahələri şoranlaşmaya məruz qalaraq istifadəyə yararsız vəziyyətə düşüb. İdarənin faktiki fəaliyyətsizliyi nəticəsində körpülər və su keçirən qurğuların əksəriyyəti istifadəyə yararsız vəziyyətə gətirilib. Kollektor və digər hidrotexniki qurğularda əsaslı və cari təmir işləri isə demək olar ki, aparılmır. Bu faktlar yerli sakinlər tərəfindən MTN-ə ünvanlanıb. Lakin tədbir görülməyib. Çünki idarənin texnikası Çovdarovun MMC-də istifadə edilirmiş. Çovdarovun Kürdəmirdə balıqçılıq təsərrüfatı yaratması və bununla bağlı torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi, “Xatirə” kafesinə gedən yolun bağlanması ilə əlaqədar epizoda məhkəmə baxışı davam etdirilib. Hadisələrin baş verdiyi dönəmdə (2006-2010-cu illər) Kürdəmir Rayon İcra Hakimiyyətində başçının torpaq məsələləri üzrə müavini vəzifəsində işləmiş Əşrəf Şükürov şahid qismində ifadə verib. Bildirib ki, 2006-cı ildə icra başçısına icarəyə torpaq götürülməsi ilə əlaqədar müraciət edilib. Şahid Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin Ərşəli kəndində ayrılacaq 100 hektar ərazinin yüklü olmaması ilə bağlı bildirişindən sonra həmin ərazinin “RAF-2006” MMC-yə 99 illik icarəyə verildiyini qeyd edib.

Çovdarovla Cəfərovun Mərdəkanı

Media üzərindən araşdırma nəticəsində məlum olub ki, Kürdəmirdə MTN “əməliyyatları” bitməyib. Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərovun əməlləri rəsmi şəkildə ifşa edilib. Belə ki, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib. Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb. Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır. Məlum olub ki, Kürdəmir icra başçısıı MTN rəhbərliyinə biət edib. Onların əmrlərinə boyun əymiş icra hakimi onlarla əlbir olub. İddialara görə, onları rabitə nazirliyi ilə də əlaqələri olub. Faktiki olaraq, icra başçıları Mərdəkandakı torpaqları bölüşdürüb. Məlumata görə, "MTN işi"ndə bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında "vurulma" qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda adıçəkilən icra başçısı işdən çıxarılacaq.

Vidadi Zeynalovla qohumluq...

Verdiyi məlumata görə, Kürdəmir icra başçısının MTN şəbəkəsinə qolu Çovdarovla məhdudlaşmır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, həbsdə olan Vidadi Zeynalovun Ceyhun Cəfərova ciddi dəstəyi olub. Elə o zamandan V.Zeynalovun həbsi eyni onun yaxın qohumu Ceyhun Cəfərovun işlərini dolaşığa salıb. Xatırladaq ki, V.Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla yeznə-qayındır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur. Daxil olan məlumata görə, V.Zeynalovun saxlanmasından bir neçə saat sonra Kürdəmir RİH başçısı Ceyhun Cəfərov da Prezident Administrasiyasına çağırılıb. 517 cildlik cinayət işi, 205 şahidi olan Vidadi Zeynalov rəsmi olaraq dövlətin 8 milyon manatını mənimsəməkdə ittiham olunur. Əldə etdiyimiz məlumata görə, sabiq aparat rəhbərinin cinayət işində şahid qismində tanınanlardan biri də Ceyhun Cəfərovdur.
Ceyhun Cəfərov Kürdəmir rayon İcra Hakimiyyətinin hesabat yığıncağında Eldar Mahmudov haqqında sərt ifadələr işlətmişdi. Hələ o zaman Kürdəmirin icra başçısının bu sərt çıxışı onun özünü sığortalamaq məqsədi daşıdığı hamıya aydın idi. Hadisələrin sonrakı gedişatı göstərdi ki, rəsmi dövlət tədbirinə aidiyyatı olmayan bu çıxışıyla "qaş düzəltmək” istəyən Ceyhun Cəfərov əslində "göz töküb”.

Yasamal projesi batdı

Məlumata görə, Əli Abbasovun işdən çıxarılması, qohumu Vidadi Zeynalovun isə həbsə atılması Kürdəmir RİH başçısının gələcəklə bağlı planlarını əməlli-başlı pozub. Belə ki, son hadisələrə qədər Ceyhun Cəfərov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun köməkliyi ilə Bakının Yasamal rayonuna təyinat almaq istəyirmiş. Ceyhun Cəfərov 2011-ci ilə qədər Yasamal rayon icra başçısının müavini vəzifəsində çalışıb. Bundan sonra o postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilib, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunub. Görünür, Yasamal rayonunda işlədiyindən burada daha çox qazanmaq imkanını bilən Ceyhun Cəfərov yenidən adıçəkilən rayona, amma bu dəfə rəhbər sifətilə qayıtmaq sevdasına düşüb. Amma bəlli olduğu kimi himayədarlarının “vurulması” onun bu arzusunu ürəyində qoyub. İddialara görə, icra başçısı həmin MTN-çi qohumu vasitəsilə idarə-müəssisə rəhbərlərinin gizli səsyazmasını təşkil edərək, sonradan bundan şantaj vasitəsi kimi yararlanırmış. İcra başçısının bu minvalla bir neçə məmurdan küllü miqdarda pul alması haqda məlumatlar dolaşır. Bütün bunlar isə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını tələb edir. Unutmayaq ki, yuxarıda səsləndirilən ittihamlar olduqca ciddidir. Həmin ittihamlar öz təsdiqini taparsa Ceyhun Cəfərov canını təkcə tutduğu vəzifəni itirməklə qurtarmayacaq. Ən əsası vəkil Ramiz Zeynalovun açıqladığı yeni fakt başçının MTN-lə əlaqələrini ortaya qoyur.

Çilingərçinin 2007-də diplom işi

Verdiyimiz məlumata görə, Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Onun 2007-ci ildə ali təhsil alması da maraqlı məsələdir. 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə KonstruktorTexnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis işləyib. 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir çalışıb. 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var

Şərhlər

XƏBƏR LENTİ