SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdəyə “gün verib, işıq vermir”: Vidadi Babayevin biznes enerjisi artır

Bərdəyə “gün verib, işıq vermir”: Vidadi Babayevin biznes enerjisi artır

Tarix:

13-02-2017, 12:14

/ 2 667 dəfə oxundu.
Bərdəyə “gün verib, işıq vermir”: Vidadi Babayevin biznes enerjisi artır

Bərdə Enerji Satışı və Təchizatı İdarəsi rəisi sakinlərə “gün verib, işıq vermir”

Bu haqda sakinlərin verdiyi məlumatda belə deyilir.

Onların sözlərinə görə, idarə rəisi Vidadi Babayev abonentlərin gününü qara edib. “Azərişıq” ASC sədri Baba Rzayevə üz tutan bərdəlilər yeni rəis təyinatı gözləyir.

Sakinlər rayon İşıq İdarəsinin müdiri Vidadi Babayevdən ciddi şəkildə narazıdır. Buna səbəb abonentlər qeyri-qanuni borcların yazılması, işıq təchizatında fasilələr, kəndlər və ətraf ərazilərdə işıqların tez-tez sönməsi, şikayətə gələnlərin isə kobud şəkildə təhqir olunmasıdır.

Bərdə camaatının gününü zindan edən V.Babayev şikayətçiləri hədələyir və onları qapıdan içəri buraxmır. Abonentlərə qarşı kobud rəftarı və danışığı ilə rayonda tanınan bu məmur yuxarı instansiyalardan qorxmur.

Verilən məlumatda belə deyilir ki, V.Babayevin rayonda böyük biznesn imkanları var.

Onun xeyli sayda obyektləri fəaliyyətdədir. İddia olunur ki, işıq idarəsi müdiri əldə etdiyi gəlirlərdən öz kommersiya şəraitini qurub.

Bu azmış kimi, qaba xarakterə malik olan idarə rəisinin öz obyektlərində enerji istifadəsində maxinasiyalara yol verildiyi iddia edilir. Bərdə sakinlərinin bu məlumatları əsasında “Azərişıq” ASC-yə sorğu göndərməyə hazırlaşırıq.

Onu da deyək ki, V.Babayev Bərdədən gedən reportajlardan birində çıxış edib. O, bildirib ki, Bərdədə işıq problemi yoxdur: “Əhali 24 saat fasiləsiz işıqla təmin edilir. Bunun üçün hər cür şəraitimiz var.

Mal-material və avadanlıqlardan heç bir problemimiz yoxdur. Rayonda bu ilin əvvəllərində 196 ədəd 10 kv-luq, 111 ədəd 0,4 kv-luq yeni beton və metal dirəklər basdırılıb, 311 ədəd qüsurlu sayğaclar yeniləri ilə əvəz edilib, 143 ədəd yeni sayğaclar quraşdırılıb.

70 ədəd 10/04 kv-luq transformator yarımstansiyası təmir edilmiş, 4,2 km naqillər yenisi ilə əvəz edilmiş, 8,591 km SİP kabel çəkilmişdir.

Rayon mərkəzindən əlavə, kəndlərin də fasiləsiz işıqla təmin edilməsi üçün ciddi işlər görülür”.

Bu iddialarla bağlı V.Babayevin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ