Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bərdə Regional İdarəsinin tabeliyində olan ərazilərdə kütləvi ağac kəsimi ilə bağlı ciddi iddialar ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatlara və təqdim edilən video görüntülərə əsasən, geniş ərazidə – təxminən 5 hektar sahədə meyvə və tut ağacları tamamilə məhv edilib.
İddialara görə, bu proses 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Mazahir Qasımovun rəhbərliyi dövründə həyata keçirilib. Kadrlardan da aydın görünür ki, kəsilən ağaclar yalnız yerində məhv edilməklə kifayətlənməyib, eyni zamanda daşınaraq ərazidən çıxarılır. Bu isə məsələnin təkcə “təmizləmə” adı altında aparılan iş olmadığını, mümkün iqtisadi maraqların da mövcud ola biləcəyini gündəmə gətirir.
Qanun nə deyir?
Azərbaycan qanunvericiliyinə əsasən:
Yaşıl fonda daxil olan ağacların kəsilməsi yalnız xüsusi icazə ilə mümkündür
İcazəsiz ağac kəsimi inzibati və cinayət məsuliyyəti yaradır
Xüsusilə meyvə ağaclarının məhv edilməsi maddi ziyan və ekoloji balansın pozulması kimi qiymətləndirilir
Bu baxımdan, qeyd olunan ərazidə aparılan kəsim işlərinin hansı əsaslarla və hansı sənədlərlə həyata keçirildiyi əsas sual olaraq qalır.
Görüntülər nə deyir?
Redaksiyamıza təqdim edilən video materiallarda:
Ağacların kütləvi şəkildə kəsildiyi
Sahənin tam təmizlənərək boşaldıldığı
Kəsilmiş ağacların yük maşınları ilə daşındığı
açıq şəkildə müşahidə olunur.
Ortaya çıxan suallar
5 hektarlıq ərazidə aparılan bu kəsim rəsmi layihə çərçivəsindədir, yoxsa qanunsuz fəaliyyət?
Kəsilən ağacların daşınması hansı əsaslarla və kimə yönləndirilib?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumları bu prosesdən xəbərdardırmı?
Yerli icra strukturları bu məsələyə niyə reaksiya vermir?
Baş verənlər təkcə bir ərazinin boşaldılması deyil, həm də ekoloji təhlükəsizlik və dövlət nəzarətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi və araşdırma nəticələri ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.(Bntv.az)
İddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var