Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Astara rayon İcra Hakimiyyəti yeni tenderinin nəticələrini elan edib.
Tribuna.az xəbər verir ki, dövlət qurumu Astara şəhərində abadlıq işləri həyata keçirəcək.
Rəsmi qaynaqlara əsasən tenderin qalibi “ASA-TİKİNTİ” MMC olub. İcra Hakimiyyəti görüləcək işlər üçün şirkətə 257 min 658 manat pul ödəyəcəyi öhdəliyi götürüb.
Tribuna.az açıq mənbələr üzərindən kiçik bir araşdırma aparıb. Həmin vaxt məlum olub ki, Astara İcra Hakimiyyəti son bir ildə 5 tender keçirib. Maraqlı məqam odur ki, həmin 5 tenderdən 3-nün qalibi “Asa-Tikinti” MMC olub. Belə ki, ötən ilin dekabrında abadlıq işlərinə görə, Astara İcra Hakimiyyəti sözügedən şirkətə 17 min 643 manat ödəyib. Ötən ilin martında isə Astara şəhərində İctimai yaşayış binalarının əsaslı təmirinə görə, “ASA-TİKİNTİ” MMC İcra Hakimiyyətindən 102 min 848 manat alıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ASA-Tikinti” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 manatdır. Şirkətin hüquqi ünvanı Masallı rayonu, Təkdam kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Lakin vergi sistemində şirkətin 3753,59 manat borcu olduğu diqqəti çəkir.
Xatırladaq ki, Astaranın icra başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən rayona rəhbərlik edir.(Tribuna.az)

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var