SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Növbəti köç karvanı Laçına çatdı - Yenilənib

Növbəti köç karvanı Laçına çatdı - Yenilənib

Tarix:

30-03-2024, 18:50

/ 671 dəfə oxundu.
Növbəti köç karvanı Laçına çatdı - Yenilənib

 Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.
Bununla ümumilikdə Laçın şəhərinə 1773 nəfər (472 ailə) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə (215 ailə) çatıb.
***
Martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.
Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində 215 ailə, 819 nəfərin daimi məskunlaşması təmin edilib.






Şərhlər

XƏBƏR LENTİ