SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İranlı politoloqdan Bakıya qarşı iddialar

İranlı politoloqdan Bakıya qarşı iddialar

Tarix:

24-11-2023, 14:20

/ 910 dəfə oxundu.
İranlı politoloqdan Bakıya qarşı iddialar

Senatda Azərbaycana qarşı qətnamənin ardınca Bakının 20 noyabrda ABŞ-da keçirilməsi nəzərdə tutulan XİN başçılarının görüşündən imtina etməsi və ABŞ-Azərbaycan münasibətlərində ritorik gərginliklə bağlı İran politoloqu Pouya Hüseyni erməni mediasına açıqlama verib.
Axar.az xəbər verir ki, Ermənistanın regiona ABŞ başda olmaqla, Qərb qüvvələrini gətirmə cəhdlərinə və bunun İranın milli maraqlarına zidd olmasına baxmayaraq, Hüseyni bütün məsələləri region daxilində həll etməyə çalışan Azərbaycana qarşı fikir yürütməkdə davam edib.
O, ABŞ-ın Bakıya “bəyanatlardan artıq” heç bir təzyiq etməməsindən və bu istiqamətdə “inkişaf olmamasından” təəssüfünü belə gizlətməyib.
“Hesab edirəm ki, bu, (təzyiq) bəyanatlarla məhdudlaşacaq, davam etsə, yenə yalnız ritorikada olacaq” deyən Hüseyni ABŞ-ın Azərbaycana təsir imkanları olduğunu, o cümlədən hərbi və iqtisadi sanksiyaların “Bakını dayandırmaq üçün” effektiv olacağını bildirib.
Qəribədir ki, İrana siyasi, iqtisadi və hərbi təzyiq edən Qərbin siyasətinə həmişə etirazını bildirən İranın bir politoloqu regionda ABŞ-ın maraqlarının güdükçüsü qismində çıxış edir və sanksiyaların “effektivliyindən” danışır.
“Azərbaycanın Cənubi Qafqazda və Ermənistan istiqamətindəki ambisiyalarını neytrallaşdırmaq üçün ABŞ ciddi addımlar atmalıdır. Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etsinlər ki, onların aqressiv davranışları zəifləsin və cilovlana bilsin. Amma indiyədək biz belə addımlar görməmişik. Bu yaxınlarda ABŞ Azərbaycana hərbi yardımı dayandırdı, lakin bu, ümumiyyətlə, heç nəyi dəyişmir. ABŞ-ın sanksiyaları tətbiq olunarsa, Azərbaycanı ciddi şəkildə məhdudlaşdıra bilər. Azərbaycanın iqtisadiyyatı daxildən dağılacaq, hərbi-siyasi gücü xeyli zəifləyəcək”, - Hüseyni deyib.
Hüseyni Azərbaycanın Qərb platformasından imtinasını da “qiymətləndirib”, Bakının daim “vasitəçiləri” dəyişməsindən xeyli narahat olub:
“Qərb vasitəsilə nəsə qazana biləcəyini görəndə, Bakı orada aktiv işləyir, nəsə alandan sonra Moskvaya danışıqlara gedir. Hətta Moskvadan sonra tərəflərdən başqa heç nə qazanmaq şansının olmadığını görəndə həm ABŞ-ı, həm də Moskvanı rədd edir. Yəni Azərbaycan hər yerdə öz maraqlarını güdür. İranda bəzi şeyləri udmağa çalışdı, amma “3+3”lə buna nail olmadı və indi formatı dəyişir”.
“Azərbaycan-Ermənistan danışıqlarının birbaşa vasitəçisiz aparılması İranda narahatlıq yaradacaqmı” sualına isə Hüseyni belə cavab verib:
“Təbii ki! İran ona görə narahatdır ki, Ermənistan danışıqlarda zəif, Azərbaycan daha güclü mövqedədir və Ermənistana təzyiq edə bilər. Vasitəçilər olmadıqda, birbaşa danışıqlarda bir çox risklər var. Bir tərəf çox zəif, digər tərəf çox güclü olduqda və onlar bərabər şərtlərlə danışıqlar aparmırlar”.
O, “3+3” formatında qəbul edilən bəyanatın İranın iradəsi ilə Ermənistanın maraqlarına uyğun olduğunu vurğulayıb:
“Bəyanatın bütün məqamları Ermənistan və İranın maraqlarına uyğundur: burda qırmızı xətlər və Ermənistan və İranın birgə təhlükəsizlik maraqları, mübahisələrin sülh yolu ilə həlli, öz müqəddəratını təyinetmə, dövlətin müstəqilliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, təhdidlərin və güc tətbiqinin qadağan edilməsi, təhlükəsizliyin qorunması var. Bu bəyanat Türkiyə və Azərbaycanın istəklərindən daha çox Ermənistanın maraqlarıdır. Bunlar İran və Ermənistanın təhlükəsizliyinə və maraqlarına uyğun idi. O formatda İran imkan daxilində İran və Ermənistanın maraqlarını qorumağa çalışdı və bu diplomatik işi uğurla həyata keçirə bildi. İran Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyalarını neytrallaşdıra bildi və göstərdi ki, öz siyasəti müstəqildir və heç bir tərəf onun maraqları və təhlükəsizliyi bahasına təslim olmasına təsir göstərə bilməz. İndiki vəziyyətdə bundan ancaq Ermənistan qazanır. Məhz buna görə də Ermənistan İranın arxasınca getməlidir, təsir gücünə malik olmalıdır ki, Azərbaycanın ambisiyalarını neytrallaşdıra bilsin”.

Şərhlər

XƏBƏR LENTİ