Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Serbiya arasında müxtəlif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi dialoqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə post-münaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan nazir Ceyhun Bayramov, beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.
Qarşı tərəf, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Ərazilərimizdə işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb.
Bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bu gün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.
Mövcud çağırışlara baxmayaraq, ölkəmizin bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.
Milli Assambleyanın sədri Vladimir Orliç, Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluq duyduğunu, habelə bu kimi səfərlərin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası səviyyədə inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Bölgədəki vəziyyət və mənzərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyulan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XalqXeber.Az



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır