Azərbaycan beştərəfli görüşdən imtina etdi
Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.
Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Qeyd edək ki, ötən gün İrəvana səfərə gələn Fransa XİN başçısı Ketrin Kolona yenidən anti-Azərbaycan bəyanatları ilə diqqət mərkəzinə düşüb. "Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək" deyən Fransa dövlət rəsmisi Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirməyə hesablanmış bu açıqlamaları yalnız Ermənistanın militarizasiya prosesini sürətləndirməyə xidmət edir.
Bunlar azmış kimi Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistandakı görüşlərində saxta “blokada” və “məcburi köçürmə” hekayəsini təkrarlaması sülhə xidmət etmir. Onun “Fransa hər zaman Ermənistanın tərəfindədir” ifadələri nəhayət ki, Fransanın vicdanlı vasitəçi və neytral vasitəçi olmaq iddialarının reallığı əks etdirməyini nümayiş etdirdi. Fransa XİN başçısının Ermənistanı silahlaındırmaq istiqamətində etdiyi açıqlamalar isə rəsmi Parisin əsl niyyətinin, məqsədinin nədən ibarət olduğunu növbəti dəfə ortaya qoyur.
Bunun bir adı var: Fransa blgədə eskalasiya riskinin artmasında, Cənubi Qafqazın yenidən barıt qoxmasında maraqlıdır. Elə bu məqsədlə də Paris Ermənistanı uzun müddətli terror müharibəsinə və xüsusən Azərbaycana qarşı terrora hazırlaşdırmaqda israrlı görünür. Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz hesab etdiyi üçün normallaşma prosesində Fransanın iştirakını məntiqəuyğun hesab etməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...