Ravvin: “Ermənilərin Holokostdan danışmağa haqqı yoxdur”
“Ermənilər Holokostun nə olduğunu bilmirlər və onların bu barədə danışmağa haqqı yoxdur”.
“Report” xəbər verir ki, bu barədə Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantovun Ermənistan tərəfinin Azərbaycana qarşı ittihamlarına cavab olaraq etdiyi müraciətdə deyilir.
“Onlar (ermənilər – red.) yəhudi xalqının başına gələnlərlə nəyisə müqayisə belə etməməlidirlər. Onlar yaşadıqları cənnəti Holokost adlandırırlar”, - ravvin deyib.
Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini qaytardıqdan sonra ermənilər orada Azərbaycan vətəndaşları kimi normal yaşaya bilərlər.
Eyni zamanda, ravvin qeyd edib ki, Qarabağ separatçıları Azərbaycan və Ermənistan xalqlarının 30 il ərzində əziyyət çəkdiyi müharibəni yenidən bərpa etməyə cəhd göstərmək məqsədilə Laçın yolundan istifadə etməklə qanunsuz şəkildə silah-sursat daşımağa davam ediblər:
“Elə müharibəni də Ermənistan tərəfi başlatmışdı”.
O vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın təklif etdiyi yardımdan qəsdən imtina edirlər.
“Bu separatçılar oradakı insanların ac qalmasını istəyirlər”, - Ş.Simantov bildirib.
Ravvin əlavə edib ki, onlar Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına da mane olurlar:
“Onların normal insanlar kimi yaşamasını istəmirlər. Bu, onların günahıdır”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var