Gədəbəydə problem təkcə Söyüdlüdə deyil ki... - GİLEY
Gədəbəy rayonunun Qarıkənd kəndində illərdir mavi yanacaq yoxdur. Elə sakinlərin də narazılığına səbəb olan məsələlərdən biri budur.
“Ətrafdakı kəndlərdə qaz olmasına baxmayaraq, bizim kəndə hələ də qaz çəkilməyib. Dəfələrlə müraciət etsək də, xeyri yoxdur. Odun, kömür bahadır, işıq xətti isə tez-tez yüklənir”, – sakinlər Meydan TV-yə deyib.
Gədəbəyin Gərgər kənd inzibati ərazi dairəsinə daxil olan Qarıkənd rayon mərkəzindən 13 kilometr kənarda, dağlıq ərazidə yerləşir. Kəndlilər deyirlər ki, Söyüdlüdə baş verən son hadisələrdən sonra heç kim problemlərlə bağlı mətbuatda adının açıqlanmasını istəmir. Çünki hadisələr hamıya psixoloji təsir edib.
“Kəndin yaxınlığından qaz xətti keçir. Ətraf kəndlər qazlaşdırılıb, amma bizim kəndə ancaq səbirli olmaq məsləhət görülür. Kənddə 170-ə yaxın əhali yaşayır. Yayda vəziyyətimiz nisbətən yaxşı olur. Qışda nə edəcəyimizi bilmirik”,- kəndlilərdən biri deyib.
Şikayətçilərin sözünə görə, şərait olmadığından kəndlər boşalır, xüsusilə Bakıya axın edirlər. Kirayə tutaraq günəmuzd çalışırlar.
Qarıkənd sakinlərinin bəziləri daş karxanasında çalışırlar. Mal-qara saxlayan və kartof yetişdirməklə dolananlar da var:
“Odun bahadır. Bəzən gizli yolla odun alınır. Çünki odun gətirəndə cərimə edirlər. Ən azı qaz olsa, digər xərclər də azalar”.
Gədəbəy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, rayonun kəndləri mərhələlərlə qazlaşdırılır. Lakin icra hakimiyyətinin rəsmi saytında qazlaşdırma ilə bağlı sonuncu xəbər.
2019-cu ilin iyunun 25-də verilib. Bildirilib ki, rayonun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə ümumilikdə 521 fərdi evə qaz verilib. Qurudərə, Sarıköynək kəndlərində qazlaşdırılma işləri aparılır. Novoivanovka, Çiçəkli, Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara verilmə ərəfəsindədir.
“Azəriqaz” İstehsalat Birliyindən isə kənd sakinlərinin şikayəti ilə bağlı sorğu cavablandırılmayıb. //Meydan TV//

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var