Kremlin yeni planı NƏDƏN İBARƏTDİR? - ŞƏRH
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 19-da Moskvada üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarova xarici siyasətlə bağlı apardığı brifinqdə bildirib.
Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.
Görüşün gizlinlərini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev bildirib ki, Kremldən xüsusi bir qərar çıxacağını gözləmir:
"Rəsmi Moskvanın zəifləməsindən istifadə edən bəzi qüvvələr həm Şərqi Avropada, həm Mərkəzi Asiyada, həm də Qafqazda fəallaşıb. Çin Mərkəzi Asiya və ABŞ-ə, fərqli Avropa dövlətləri isə Cənubi Qafqaza daxil olmağa çalışır. Hətta Fransa imperialist siyasət yürüdür. Həmçinin eyni vəziyyət Şərqi Avropa, Gürcüstan, Moldova və.s ərazilərdə yaşanır.
Düşünürəm ki, Rusiya bununla Qərbə mesaj verərək, söz sahibinin özü olduğunu çatdırır. Bu isə təzə deyil. Brüssel formatında görüşlər keçirilən ərəfədə də, Moskva və Brüsselin təxribatla məşğul olduğunu bildirmişdi.
Eyni şəkildə Zaxarova və Lavrov Vaşinqton planını da qəbul etmirdilər. Hətta bildirdilər ki, Brüssel planı əslində Vaşinqtonun Ukraynadakı münaqişəni Cənubi Qafqaza daşımaq cəhdidir.
Bu görüşlə də söz sahibinin özləri olduğunu göstərirlər. Yəni çatdırırlar ki, Kreml öz təsir imkanlarını işə salaraq, bölgəyə başqa dövlətlərin girişinə mane ola bilər".

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var