Gürcüstan prezidenti İlham Əliyevi təbrik etdi
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına Gürcüstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Prezident Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi. Məhz onun uzaqgörənliyi güclü və firavan dövlət quruculuğunun əsasını qoydu.
Bütün ölkə üçün ümid çırağı olmuş atanızın Azərbaycan xalqının firavanlığı naminə gördüyü işlər və göstərdiyi səylər gələcək nəsillərin yaddaşında qalacaq, daim onların ilham və qürur mənbəyi olacaqdır.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi. O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq.
Zati-aliləri, Sizə bir daha dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, cansağlığı və firavanlıq arzulayıram”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var