SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İndi regionda diktə edən tərəf Azərbaycandır

İndi regionda diktə edən tərəf Azərbaycandır

Tarix:

16-05-2023, 10:57

/ 320 dəfə oxundu.
İndi regionda diktə edən tərəf Azərbaycandır

İkinci Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə, apardığı danışıqlarda humanizm və ədalət prinsiplərinə sadiq lider kimi regionda sülhün və əməkdaşlığın təmin olunması üçün açıq və dürüst siyasət yürütməklə nümunə göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfəri də ölkəmizin sülhə sədaqətinin növbəti davamı idi.
Brüsseldə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, eləcə də sərhəddəki vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Brüsselə dəvətə görə təşəkkürünü bildirdi. Eyni zamanda görüşdə hər iki tərəf Brüssel formatının bərpasından məmnunluqlarını ifadə etdilər.
Brüssel formatında Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə artıq 5-ci olan görüş ölkəmiz üçün uğurlu keçdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bəyan etdi ki, tərəflər “Alma-Ata Bəyannaməsi”ində qeyd olunduğu kimi ərazilərin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etməklə yanaşı, humanitar məsələlər, saxlanılan şəxslərin azad olunması, həmçinin itkin düşmüş şəxslərin taleyi və minaların təmizlənməsi işinin sürətləndirilməsi də müzakirə mövzusu oldu. Şarl Mişel xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır. 
Bütün dünya gördü ki, 44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu düşməni darmadağın edərək tarixi ədaləti bərpa etməklə qüdrətini, eləcə də gücünü dünyaya nümayiş etdirdi. Bütün cəbhə istiqamətində açıq üstünlüyə malik ordumuz insanpərvərliyə, humanizm prinsiplərinə sadiq qalaraq üçtərəfli Bəyanata imza atmaqla sülhü seçdi. Ermənistan isə götürdüyü beynəlxalq öhdəlikləri növbəti dəfə yerinə yetirməyərək sülh sazişini imzalamaqdan məqsədli şəkildə yayınır. Reallıq onu göstərir ki, Ermənistan müstəqil qərar qəbul etmək gücündə və imkanında deyil. Ötən əsrin sonlarında müstəqilliyi elan olunsa da, Ermənistan heç vaxt sərbəst siyasət yürüdə bilməyib. Sülh sazişinin müzakirə olunduğu həssas məqamda sərhəddə təxribat yaradan Ermənistan Cənubi Qafqazda sabitliyin təmin edilməsində maraqlı olmayan və hər zaman bütün resursları ilə ölkəmizə qarşı fəaliyyət göstərən Fransadan öldürücü silahlar alır. Ermənistanın əldə olunan razılaşmalardan ardıcıl geri çəkilməsi və sülh gündəliyində səmimi olmaması əslində, rəsmi İrəvanın müstəqil siyasət yürüdə bilməməsinin, ölkə kimi taleyinin öz əlində olmamasının təsdiqidir. Ermənistan anlamalıdır ki, uğursuz cəhdlər heç nəyi dəyişməyəcək. Əksinə, inkişaf, əmin-amanlıq, təhlükəsizlik, xoşbəxt həyatın yalnız sülh sazişindən sonra mümkün ola biləcəyini anlamalı və qəbul etməlidir.
İndi regionda diktə edən tərəf tələblərində tam haqlı olan Azərbaycandır. Azərbaycan liderinin uzatdığı barış əlindən Ermənistan ciddi nəticə çıxarmalıdır. Çünki qarşı tərəf və ona himayədarlıq edənlər anlamalıdırlar ki, uzadılmış həmin əl yığılıb yenidən yumruğa çevrilsə, bu, Ermənistan üçün daha ölümcül olacaqdır. 
 
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ